Məhkəmə qərarları › İş №3(003)-1318/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1318/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1318/2020 16.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq S.Ruhulla küçəsi döngə 2 ev 11 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsbarəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati protokola əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:05-də idarə etdiyi “DAEWOO NEXİA MİNİK” markalı **-GU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində “Albalılıq” yolu ilə iki istiqamətli, istiqamətləri qoşa xətt ayıran və istiqamətlərdə iki zolaq olan yolun sağdan ikinci zolağı ilə hərəkət edən zaman yolun maili və döngəli hissəsində istiqamətləri ayıran qoşa xətti keçib yolun əks istiqmətinə çıxıb yolun əks istiqamətində öz yolunda hərəkətdə olan sürücü X1 idarə etdiyi “Hyunday HD-72” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb, bundan sonra onun idarə etdiyi avtomobil yolda fırlanaraq yolun sağ istiqamətinə, yəni Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində hərəkət edib öz yolunda hərəkətdə olan sürücü X3 idarə etdiyi “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırğılıb, sonuncu toqquşmadan sonra “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ istiqamətə yoldan çıxaraq yolun kənarında marşrut avtobus dayanacağında və dayanacağın arxasında olan işıq dirəyinə çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “DAEWOO NEXİA MİNİK” markalı **-GU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs özü sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət almış, “DAEWOO NEXİA MİNİK” markalı **-GU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X2 yüngül dərəcəli bədən xəsarətləri, “Hyunday HD-72” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü X4 yüngül dərəcəli bədən xəsarətləri və “Hyunday HD-72” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sərnişini X5 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsiilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:05 radələrində özünə məxsus “Deyvo Nexia” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsi istiqamətində Maştağa qəsəbəsi istiqamətində “Albalılıq” yolu ilə 2 istiqamətli, istiqamətləri qoşa xətt ayıran və istiqamətlərdə iki zolaq olan yolun sağdan ikinci zolağı ilə 455 km sürətlə hərəkət edən zaman yolun maili döngəli yerində, asfaltda qum-çınqıl olduğundan onun idarə etdiyi avtomobil sol istiqamətdən sürüşərək istiqamətləri ayıran qoşa xəttin üzərinə çıxdıqda, yolun əks istiqamətində qoşa xəttin üzərində hərəkət olan qırmızı rəngli “Coco-Cola” daşıyan avtomobil onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfində çırpılmış, zərbədən sonra onun idarə etdiyi avtomobil asfaltın üzərində sürüşərək sağ istiqamətdə fırlanaraq, avtomobilin arxa sağ qanadı yenidən “Coco-Cola” şirkətinə məxsus avtomobilə çırpılmış, onun idarə etdiyi avtomobil və qırmızı rəngli “Coco-Cola” daşıyan avtomobil toqquşduqdan sonra, ona məxsus idarə etdiyi avtomobil qoşa xəttin üzərində dayanmışdır. “Coco-Cola” şirkətinə məxsus avtomobil isə öz zolağından sağ istiqamətdə bir qədər hərəkət edib dayanməşdır. Baş vermiş hadisə zamanı o özü və idarə etdiyi avtomobilin salonunda əyləşərək yol gedən tanışı Rəhim xəsarət almışlar. Belə bir hadisənin baş verməsini heç vaxt istəməmişdir, əməlindən peşmandır, həmin vaxt sərxoş olmamışdır, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə çalışır, artıq 60 yaşı vardır, başqa sənəti yoxdur və ailəsini yeganə peşəsi olan sürücülük etməklə qazandığı pulun hesabına dolandırır, sürücülük hüququnun müəyyən müddətə məhdudlaşdırılacağı təqdirdə ailəsi böyük maddi çətinliklərlə üzləşəcəkdir. Bunların nəzərə alınaraq ona yüngül tənbeh verilməsini xahiş edir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə və Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar (və ya nümayəndələri) məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 1024, 1038, 1057 və 1058 saylı rəylərindən görünür ki, məhkəmə-tibb müayinəsinə əsasən Şəxs sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət, X2 yüngül dərəcəli bədən xəsarətləri, X4 yüngül dərəcəli bədən xəsarətləri və X5 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Onların bədənində aşkar olunmuş həmin xəsarətlər –sol və sağ dizin əzilmiş küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onların 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki,Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:05-də idarə etdiyi “DAEWOO NEXİA MİNİK” markalı **-GU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində “Albalılıq” yolu ilə iki istiqamətli, istiqamətləri qoşa xətt ayıran və istiqamətlərdə iki zolaq olan yolun sağdan ikinci zolağı ilə hərəkət edən zaman yolun maili və döngəli hissəsində istiqamətləri ayıran qoşa xətti keçib yolun əks istiqmətinə çıxıb yolun əks istiqamətində öz yolunda hərəkətdə olan sürücü X1 idarə etdiyi “Hyunday HD- 72” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb, bundan sonra onun idarə etdiyi avtomobil yolda fırlanaraq yolun sağ istiqamətinə, yəni Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində hərəkət edib öz yolunda hərəkətdə olan sürücü X3 idarə etdiyi “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırğılıb, sonuncu toqquşmadan sonra “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ istiqamətə yoldan çıxaraq yolun kənarında marşrut avtobus dayanacağında və dayanacağın arxasında olan işıq dirəyinə çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “DAEWOO NEXİA MİNİK” markalı **-GU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs özü sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət almış, “DAEWOO NEXİA MİNİK” markalı **-GU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X2 yüngül dərəcəli bədən xəsarətləri, “Hyunday HD-72” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü X4 yüngül dərəcəli bədən xəsarətləri və Hyunday HD-72 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sərnişini X5 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə törətdiyi əməlindən peşman olduğuiş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yaşını nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114cümaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-cimaddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar