Məhkəmə qərarları › İş №3(003)-1319/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1319/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1319/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Vəzifəli şəxs X2 nümayəndəsi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən X2 barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi bildirmişdir ki, «X8» MMC-nin direktoru X4 ünvanlanmış, onun barəsində 900 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi və həmin qərar üzrə təyin edilmiş cərimənin tətbiq edilməsinin xahiş olunması barədə xx.xx.2024-cü il tarixdə məktub göndərilsə də, məktubda nəzərdə tutulan tədbirlər vəzifəli şəxs X6 tərəfindən görülməmiş, nəticədə vəzifəli şəxs İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında vəzifəli şəxs X2 nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında 900 manat məbləğində inzibati cərimənin xx.xx.2024-cü il tarixdə ödənilməsini bildirərək müvafiq qəbzi məhkəməyə təqdim etmişdir. Eyni zamanda vəzifəli şəxsin nümayəndəsi bildirmişdir ki, texniki səhv nəticəsində həmin ödəniş «X8» MMC-dən şikayət etməklə vəzifəli şəxs X2 inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuş X3 adından edilmişdir. Qarşı tərəfin nümayəndəsi qəbzlə tanış olduqdan sonra xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 900 manat məbləğində inzibati cərimənin vəzifəli şəxs tərəfindən ödənilməsini qəbul edərək işin icraatına xitam verilməsinə etirazının olmamasını bildirmişdir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (İXM-nin 53.1.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXMnin 105-ci maddəsi). Məhkəmə tərəflərin izahatını, eləcə də iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata «X8» MMC-nin direktoru, vəzifəli şəxs X2 İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə əməlində inzibati xəta tərkibi olmadığından İXM-nin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.1.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Vəzifəli şəxs X2 əməlində inzibati xəta tərkibi olmadığından İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar