Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1321/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həqiqətən də gömrük sərhədindən keçirilən protokolda qeyd edilən qızıl-zinət əşyalarını bəyan etmədiyini bildirib bunu bilərləkdən etmədiyini, sadəcə prosedur qaydalarından xəbərsiz olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, 00800-00577/25 saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarəti zonasında Qırmızı Kanala daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən gömrük orqanına təqdim etməmiş, elektron və ya yazılı formada bəyan etməmişdir. Şəxs “Body Scan” qurğusu vasitəsilə yoxlanış zamanı, ona məxsus olan üst geyimin sol cibində, şalvarın isə sağ və sol cibində metal məmulatların olduğu müşahidə edilmişdir. Ona məxsus 1 ədəd əl yükü qismində gətirdiyi qara rəngli sellafon paketə yoxlama keçirilmişdir. Yoxlama zamanı 1 ədəd qara rəngli sellafon paketdən gömrük nəzarətinə əvvəlcədən yazılı, şifahi və elektron formada bəyan edilməmiş 2 ədəd sarı rəngli qızıla bənzər metaldan hazırlanmış ümumi çəkisi 21 qram olan, üzəridə “585” yazılan qolbaq aşkar edilmişdir. Daha sonra şəxsi yoxlama zamanı, Şəxs əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və yazılı formada bəyan olunmamış, gömrük nəzarətindən gizlədilmiş malları təqdim etməsi təklif edildi, sərnişin əynindəki üst geyim olan qara rəngli gödəkçənin sol iç cibindən sarı rəngli qızıla bənzər metaldan hazırlanmış 42 (qırx iki) ədəd boyunbağı, şalvarın sağ cibindən sarı rəngli qızıla bənzər metaldan hazırlanmış 4 (dörd) ədəd qolbaq, 26 (iyirmi altı) ədəd sarı rəngli qızıla bənzər metaldan hazırlanmış boyunbağı, 2 cüt sarı rəngli qızıla bənzər metaldan hazırlanmış üzük-sırğa dəsti və boğazına taxdığı sarı rəngli qızıla bənzər metaldan hazırlanmış 1 (bir) ədəd boyunbağını çıxarıb təqdim etmiş, aşkar olunmuş zərgərlik məmulatları protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il 3-16-16/2-6/1090/2025 nömrəli tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarından 77 adda zərgərlik məmulatlarından 77 adda zərgərlik məmulatlarının metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 282,43 qramdır. Araşdırmanın davamı olaraq birliyin 28 aprel 2025-ci il həmin qızılların xx.xx.2025-ci il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 29.408,45 (iyirmi doqquz min dörd yüz səkkiz manat qırx beş qəpik) manat müəyyən edilir. Beləliklə, Azərbaycan Respubiknsının vətəndaşı Şəxs az miqdarda, yəni ümumilikdə 29408,45 manat dəyərində qızılı gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-in müddəalarına görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən edilir (İXM-nin 26-cı maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməməsini, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq Şəxs barəsində İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini, inzibati xətanın bilavasitə obyekti olan qızılların dəyərinin - 29408,45 manat məbləğin qırx faizi miqdarında, yəni 11.763,38 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan qızılın dəyərinin qırx faizi miqdarında, yəni 11.763,38 (on bir min yeddi yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(003)-1321/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1321/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver