Məhkəmə qərarları › İş №3(003)-1322/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1322/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1322/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin nümayəndəsi X2, Şəxs (bundan sonra mətndə Şəxs MMC) direktoru X4 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 447.0.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 02 fevral 2021-ci il tarixli İD ********** nömrəli müraciəti əsasında idxal etdiyi qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 12400 ünvanında satmışdır. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin böyük məsləhətçisi X6 tərəfindən 15 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 447.0.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X3 Bakı Regional Bölməsinin nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat verdi və Şəxs MMC-nin inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, dövlət rüsumunun ödənilməsi üçün X1 İnformasiya sistemi üzərindən şəxsi kabinetinin ödəniş bildirişləri göndərilmiş, lakin dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X7 protokolda yazılanlarla razı olduğunu bildirdi və əlavə olaraq göstərdi ki, dövlət rüsmunun mühasib tərəfindən unudularaq ödənilməməsi onlar tərəfindən inzibati xətanın törədilməsinə səbəb olmuşdur. Kiçik sahibkar olduqlarının nəzərə alınaraq barələrində ədalətli qərar çıxarılmasını xahiş etdi. X3 Bakı Regional Bölməsinin nümayəndəsinin və Şəxs MMC-nin direktorunun izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına olan 01 sentyabr 2021-ci il tarixli qərarından surətindən görünür ki, Şəxs MMC tərəfindən 02 fevral 2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatları ləğv edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür “Yeyinti məhsulları haqqında” Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. “Lisenziyalar və icazələr haqqında” Qanununun 18.5-ci maddəsinə əsasən qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəxs MMC idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı 02 fevral 2021-ci il tarixli İD********** nömrəli məktubla X3 Bakı Regional Bölməsinə müraciət etmiş, müraciət həmin Bölmə tərəfindən icraya götürülmüşdür. Bundan sonra dövlət rüsumunun ödənilməsi üçün X1 İnformasiya sistemi üzərindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmiş, lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq qəbz 5 iş günü ərzində Agentliyə təqdim edilməmişdir. Bu səbəbdən də X3 Bakı Regional Bölməsinin 01 sentyabr 2021-ci il il tarixli qərarı ilə Şəxs MMC tərəfindən 02 fevral 2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatları ləğv edilmiş və 15 oktyabr 2021-ci il il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malları satmışdır və bununla da Azərbaycan Respublikasının İXMnin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar