Məhkəmə qərarları › İş №3(003)-1324/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1324/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1324/2020 20.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Şərur rayonunun Çağazir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şərur rayonunun Şahbulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi döngə 2 Zaqulba 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Şərur Rayon Məhkəməsinin 2(110)-357/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 4200 (dörd min iki yüz) manat borc pul və məhkəmə xərci 30 manat dövlət rüsumu alınaraq X5 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Şərur Rayon Məhkəməsinin 2(110)-357/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsini indiyə qədər icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 357/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 4200 (dörd min iki yüz) manat borc pul və məhkəmə xərci 30 manat dövlət rüsumu alınaraq X5 ödənilməlidir. xx xxxxxxx 2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında göstərmişdir ki, icra sənədi üzrə borcu olmadığı üçün ödəniş etməmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər tam icra etməmişdir. Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Şərur Rayon Məhkəməsinin 2(110)-357/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi üzrə tələblə razı deyildir, çünki, onun heç bir borcu yoxdur, özünü borclu hesab etmir. Bundan başqa, o, məhkəmə iclasında iştirak etməmiş, lazımi sübutlarını məhkəməyə təqdim edə bilməmiş və pandemiya dövründə onun iradəsindən asılı olmayan səbəblərə görə Naxçıvan Muxtar Respublikasına gedə bilməmiş və həmin qətnaməni ala bilməmişdir. Məhkəmə icraçıları tərəfindən o, Xəzər rayon İcra və Probasiya şöbəsinə dəvət edildikdən sonra belə bir qətnamənin çıxarılmasından xəbər tutmuş və məhkəmə qərarına hörmətlə yanaşdığına görə, Şərur Rayon Məhkəməsinə teleqram vuraraq sözügedən qətnamənin rəsmi qaydada ona göndərilməsini xahiş etmişdir. Onun teleqramına əsasən Şərur Rayon Məhkəməsin hakimi Mehdi Əliyev tərəfindən qeyd edilən qətnamənin surəti ona faksla göndərilmiş, əsli isə poçtla onun ünvanına yola salınaraq bu barədə məlumatlandırılmışdır. Həmin qətnamənin əslini aldıqdan sonra o, apellyasiya şikayəti yazaraq yuxarı instansiya məhkəməsinə müraciət edəcəkdir. Beləliklə, o, adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək hüququndan hələlik istifadə etmədiyinə görə, hesab edir ki, həmin məsələ üzrə yekun qərar qəbul edilməyənə qədər, yəni borclu olduğu tam sübuta yetirilməyənə qədər onun barəsində hər hansı inzibati tənbeh tədbiri görülə bilməz. Borclu olduğu sübuta yetirilərsə, borc məbləğini ödəməkdən yayınmayacaqdır. İcra məmurlarının çağırışlarına vaxtlı-vaxtında gəlir və bundan sonra da gələcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Şərur Rayon Məhkəməsinin hakimi Mehdi Əliyevə teleqram ünvanlayaraq məhkəmənin qətnaməsini ona rəsmi qaydada göndərilməsini xahiş etmiş, həmin qətnamə ona faksla göndərilmiş, əsli isə poçtla onun ünvanına yola salınaraq bu barədə məlumatlandırılmışdır. Şəxs məhkəmə iclasında həmçinin göstərdi ki, o, Şərur Rayon Məhkəməsinin 2(110)-357/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edəcəkdir. Məhkəmə hesab edir ki, Şəxs adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək hüququndan hələlik istifadə etmədiyinə görə, həmin məsələ üzrə yekun qərar qəbul edilməyənə qədər, yəni borclu olduğu tam sübuta yetirilməyənə qədər onun barəsində hər hansı inzibati tənbeh tədbiri görülə bilməz. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Şəxsnın hərəkətlərində hazırda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci madəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqdaicra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sevinc Səfərlinin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1990-cı il tarixdə Şərur rayonunun Çağazir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şərur rayonunun Şahbulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi döngə 2 Zaqulba 2 ünvanında yaşayan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar