Məhkəmə qərarları › İş №3(003)-1332/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1332/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1332/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, X1 katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının iştirakı ilə xx xxxxxx 1990-cı ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər inzibati məsuliyyətinə cəlb olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs qızının barəsində Bakı şəhəri Xəzər RPİ 2ci Polis Şöbəsindən Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli protokola əsasən Şəxs qızı xx xxxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində üzərində xüsusi icazə vərəqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatında Bakı şəhəri Xəzər rayonu ərazisində küçədə olmuşdur. Bununla da Şəxs qızı Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində işdən evə qayıdarkən polis əməkdaşları komendant saatını pozduğuna görə onu saxlamışlar. Əməlindən səmimi peşman olduğunu bildirərək ona ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs qızının əməlində Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı və digər ərazilərdə hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəmə Şəxs qızının əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs qızının məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs qızının şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə uyğun deyil, barəsində Azərbaycan Respublikası İXMnin 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona xəbərdarliq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar