Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1333/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1973-cü il tarixdə Tovuz rayonunun Aşağı Ayıbli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, Ucar rayonunun Əyyublu kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi yeni yaşayış sahəsində kirayənişin yaşayan yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 16 iyun 2022-ci il tarixində təxminən saat 15.30 radələrində etibarnamə ilə idarə etdiyi “BMC Prosity” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı Q1 saylı sərnişindaşıma avtobusu ilə Xəzər rayonu Qala qəsəbəsi ərazisindən Bakı şəhərinə doğru hərəkət edib Aviasiya Akademiyası ilə paralel yerləşən yolun kənarında olan dayanacağa doğru hərəkət etməyə başlayıb və qarşıda yolun köməkçi zolağında yerləşən avtobuslar üçün nəzərdə tutulan sarı xəttin yanında “Hyundai” markalı avtomobilin dayanmasını, həmin avtomobilin sürücüsünün köşkdən su alaraq avtomobilin ön sol qapısına yaxınlaşmasını, hərəkətini davam etdirərək həmin sürücünün və avtomobilin yanından keçərək dayanacağa daxil olmaq istyərkən dayanmış vəziyyətdə olan sözügedən “Hyundai Matrix” markalı **-LY-*** qeydiyyat nişanlı avtomobilin sürücü Zərərçəkmiş şəxs qəflətən avtomobilinin qapısını açmasını görmüş olsada hərəkətini davam etdirərək idarə etdiyi avtobusun orta qapısı ilə həmin avtomobilin açıq vəziyyətdə olan ön qapısına sürtülməsi nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, 16 iyun 2022-ci il tarixində təxminən saat 15.30 radələrində etibarnamə ilə idarə etdiyi “BMC Prosity” markalı 994Z- 356 dövlət qeydiyyat nişanlı Q1 saylı sərnişindaşıma avtobusu ilə Xəzər rayonu Qala qəsəbəsi ərazisindən Bakı şəhərinə doğru hərəkət edib Aviasiya Akademiyası ilə paralel yerləşən yolun kənarında olan dayanacağa doğru hərəkət etməyə başlamasını və qarşıda yolun köməkçi zolağında yerləşən avtobuslar üçün nəzərdə tutulan sarı xəttin yanında “Hyundai” markalı avtomobilin dayanmasını, həmin avtomobilin sürücüsünün köşkdən su alaraq avtomobilin ön sol qapısına yaxınlaşmasını görmüş, lakin hərəkətini davam etdirərək həmin sürücünün və avtomobilin yanından keçərək dayanacağa daxil olmaq istəyərkən həmin sürücünün qəflətən avtomobilinin qapısını qəsdən açmış və özünü onun idarə etdiyi avtobusun orta qapısına çırpmışdır. Buna görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 16 iyun 2022-ci il tarixli, 727 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sağ əlin İİ-İİİ barmağının əzilmiş yarası ilə müşayiət olunan xəsarət küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun Təcili və X2 Stansiyasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 16 iyun 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 20 avqust 2022-ci il tarixli, 595 saylı rəyində görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun DİN-nin A.Heydərovun adına Respublika Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 23 may 2022ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 iyun 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 16 iyun 2022-ci il tarixində təxminən saat 15.30 radələrində etibarnamə ilə idarə etdiyi “BMC Prosity” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı Q1 saylı sərnişindaşıma avtobusu ilə Xəzər rayonu Qala qəsəbəsi ərazisindən Bakı şəhərinə doğru hərəkət edib Aviasiya Akademiyası ilə paralel yerləşən yolun kənarında olan dayanacağa doğru hərəkət etməyə başlayıb və qarşıda yolun köməkçi zolağında yerləşən avtobuslar üçün nəzərdə tutulan sarı xəttin yanında “Hyundai” markalı avtomobilin dayanmasını, həmin avtomobilin sürücüsünün köşkdən su alaraq avtomobilin ön sol qapısına yaxınlaşmasını, hərəkətini davam etdirərək həmin sürücünün və avtomobilin yanından keçərək dayanacağa daxil olmaq istyərkən dayanmış vəziyyətdə olan sözügedən “Hyundai Matrix” markalı **-LY-*** qeydiyyat nişanlı avtomobilin sürücü Zərərçəkmiş şəxs qəflətən avtomobilinin qapısını açmasını görmüş olsada hərəkətini davam etdirərək idarə etdiyi avtobusun orta qapısı ilə həmin avtomobilin açıq vəziyyətdə olan ön qapısına sürtülməsi nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1333/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1333/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver