Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1334/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 oktyabr 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru X8 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X8 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək qeyd edilən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında rəsmi olaraq direktor təyin edilsə də, faktiki olaraq sürücü kimi fəaliyyət göstərmiş, şirkətə rəhbərlik edən şəxs isə Vüsalə Məmmədova adlı şəxs olmuşdur. Odur ki, İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta törədilməsinə aidiyyəti olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X8 şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi bildirmişdir ki, “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru X8 tərəfindən X2 işə qəbul olunmuşdur. Güliyə Rəhmanovanın xx.xx.2024-cü il tarixdən əmək fəaliyyətinə başlanmasına baxmayaraq ƏMAS-da əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən rəsmiləşdirilmiş, işdən çıxmaqla bağlı işəgötürənə ərizə təqdim etməmiş, əmək müqaviləsinə xitam verildikdən sonra əmək haqqı ödənilməmişdir. Bunula bağlı X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etmiş və onun müraciəti əsasında müvafiq araşdırma aparılaraq həmin dövrdə “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsində işləmiş X8 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Odur ki, ərizənin təmin edilmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Nəticədə “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru X8 İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru X8 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, vətəndaş X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən əmək fəaliyyətinə başlanmasına baxmayaraq ƏMAS-da əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən rəsmiləşdirilmiş, işdən çıxmaqla bağlı işəgötürənə ərizə təqdim etməmiş, əmək müqaviləsinə xitam verildikdən sonra əmək haqqı ödənilməmişdir. Bunula bağlı Güliyə Rəhmanova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət edib müvafiq araşdırma aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsinin təqdim etdiyi əmək müqavilələrindən, eləcə də həmin Xidmətin portalından edilmiş çıxarışdan görünür ki, X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsində işləmiş, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam vermə) qeyd edilən vəzifədən azad edilmişdir. Tədqiq edilmiş sənədlərdən göründüyü kimi, X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “X14 Dış Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsində işləmiş, vətəndaş X1 qeyd edilən şirkətə işə qəbul edilməsi, onunla əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın gecikdirilməklə ödənilməsi məhz X3 filialının direktoru vəzifəsində işlədiyi dövrə təsadüf etmişdir. Müraciət müəllifinin direktor təyin edilsə də, faktiki olaraq sürücü kimi fəaliyyət göstərməsi, şirkətə rəhbərlik edən şəxsin Vüsalə Məmmədova adlı şəxsin olması barədə ərizəsində qeyd etdiyi dəlilləri məhkəmə əsassız hesab edir. İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Tətbiq edilmiş inzibati tənbehin növü və həddi ilə bağlı olaraq isə qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən X5 maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cərimə (1.000 (bir min) manat məbləğində) təyin edilmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun maddi vəziyyətini nəzərə alaraq təyin edilmiş cərimə məbləğininin dəyişdirilməsinə əsas görmür. Beləliklə, işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında iş inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırılmış və əsaslı olaraq X8 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1.000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(003)-1334/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1334/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver