Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1338/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nasında yaşayan haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 sentyabr 2022-ci il tarixli protokola əsasən X3 03 sentyabr 2022-ci il tarixdə, saat 18:30-da işdən evə qayıtdığı zaman həyat yoldaşı X2 ona bildirmişdir ki, yenidən Şəxs ilə aralarında münaqişə olmuşdur. Onun valideynlərinə və özünə nalayiq söyüşlər demiş və xəncər olan deşici əşyanı onün üzərinə atmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X2 onun qonşusudur. Vüsalın oğlu yaşadıqları yataqxanada onların qapısının qarşısına uşaqları yığdığı üçün 03 sentyabr 2022-ci il tarixdə, saat 18:30-da Vüsalı görərkən aralarında buna görə yataqxananın dəhlizində mübahisə baş vermişdir. Lakin o, bıçaqla Vüsalın üstünə getməmişdir. Polis əməkdaşları gələrkən onun üzərində köşkdən aldığı bıçaq olmuşdur. Onun səhvi mübahisə etmək olmuşdur. Məhkəmədən yüngül cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, 03 sentyabr 2022ci il tarixdə, saat 18:30-da işdən evə gələn zaman Şəxs həmişə olduğu kimi onu heç bir səbəb olmadan nalayiq sözlərlə təhqir etmiş və üstünə gəlmişdir. Sonra o, evinə çıxıb getmişdir. Bir qədər sonra Şəxs onun yaşadığı mənzilin qapısını döymüş və arvadı qapını açarkən ona «Vüsalın boğazını kəsəcəyəm» sözlərini işlətmişdir. Şəxs hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs 03 sentyabr 2022-ci il tarixdə, saat 18:30-da X2 ilə münaqişə edərək onu və valideynlərini nalayiq sözlərlə təhqir etmişdir. Ona görə də, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, onun barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1338/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1338/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver