Məhkəmə qərarları › İş №3(003)-1338/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1338/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1338/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi ilə, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkar Mirzəzadə (İbrahimova) Pərvanə Qaib qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X3 izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbkar Mirzəzadə (İbrahimova) Pərvanə Qaib qızının xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək sabit pul məbləğində aliment tutulmalıdır. Lakin Şəxs alimenti ödəməkdən yayındığına göə dəfələrlə inzibati və bir dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da alimentin ödənilməsindən yayınır və onun aliment üzrə yekun borcu 6.730 manat təşkil edir. Odur ki, icra sənədindəki tələbini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Mirzəzadə (İbrahimova) Pərvanə Qaib qızı icra məmurunun göstərdiklərinə uyğun izahat verib Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment tələbinin ödənilməsindən boyun qaçırmadığını, lakin heç bir yerdə işləmədiyi üçün öhdəliyini tam yerinə yetirə bilmədiyini, günəmuzd işlər olduqda ara-sıra işlədiyini, gəlir əldə etdikdə aliment üzrə borcunu az da olsa ödədiyini bildirib onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə tərəfləri dinləyib, icra sənədlərini və işə əlavə edilmiş materialları, o cümlədən inzibati xəta törətməsi barədə tərtib olunmuş inzibati xəta haqqında protokolu, icra vərəqəsini və digər sənədləri araşdıraraq, məhkəmənin eyni qərarını icra etmədiyinə görə Şəxs dəfələrlə inzibati məsuliyyətə, hətta xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, bundan nəticə çıxarmayaraq yenidən eyni xarakterli əməlləri törətməsini nəzərə alıb hesab edir ki, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur, Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməklə barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X7 X2 və Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar