Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-134/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 15 yanvar 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5177/2021 saylı, 10 noyabr 2021-ci i tarixli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 saylı, 01 iyun 2023-cü il tarixli icra vərəqələri üzrə Şəxs ümumilikdə 38483 manat qalıq borcu yaranmışdır. Şəxs icra borcu üzrə tam şəkildə ödəniş etmir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə qərar və bildiriş, eyni zamanda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək icra sənədləri üzrə müəyyən olunmuş borcdan hissəhissə ödəniş etdiyini, yaranmış borcu birdəfəlik ödəməyə maddi imkanının olmadığını qeyd edərək inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs borclunun icra sənədinin icrasında qərəzli olaraq yayındığını, borcun tam ödənilməsini tələb etdiyini bildirərək, borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-5177/2023 saylı, 10 noyabr 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 15000 avro borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməlidir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-5177/2023 saylı, 10 noyabr 2021-ci il tarixli icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş M.Hüseynova tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1665/2023 saylı, 01 iyun 2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 15776 manat məbləğində pul və iddia ərizəsinin verilməsi görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152,75 manat dövlət rüsumunun yarısı alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 saylı, 01 iyun 2023-cü il tarixli icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. İş materialında əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 178/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, borclu Şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-5177/2023 saylı, 10 noyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 220 manat, xx.xx.2022-ci il tarixdə 510 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, 8.10.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1665/2023 saylı, 01 iyun 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 60 manat, xx.xx.2023-cü il tarixdə 10 manat və 30 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Xəzər rayon İcra Şöbəsinin icra məmuru Ş.Neymətzadə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, məhkəmə şəxsin əməlini səmimi olaraq etiraf etməsini və icra sənədləri üzrə borcunun az qismini ödədiyini və borcu ödəmək niyyətində olmasını nəzərə alaraq belə qənaətə gəlir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə edilməsini məqəsədmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1968-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-134/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-134/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver