Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1340/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X3 şikayət ərizəsi ilə müraciət edərək ona məxsus və idarə etdiyi «Opel Astra» markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək bildirdi ki, 2021-2022-ci illərdə müxtəlif yerlərdə avtomobilinin şəkilləri kamera vasitəsi ilə çəkilmişdir. Cərimənin necə və nə formada olmasını araşdırdığı zaman müəyyən etmişdir ki, foto 11 fevral 2021-ci il tarixdə, saat 08:22-də Heydər Əliyev prospektində dayanma qaydalarının pozulması ilə bağlı olmuş və nəqliyyat vasitəsinə quraşdırılmış bort komputer vasitəsi ilə çəkilmişdir. Lakin İXM-nin 124.5 və 124.6-cı maddəsinə əsasən onun iştirakı olmadan aparılmış foto və ya video çəkiliş avtomobilin ön, arxa və yandan çəkilərək qərarın surətin avtomobilin ön şüşəsinə qoyulmalıdır. Bu protokol isə qanuna ziddi tərtib olunmuşdur. Qərar barədə 2022ci ilin iyun-iyul ayında məlumatı olmuş və bununla bağlı Bakı Nəqliyyat Agentliyinə ərizə göndərmişdir. Bakı Nəqliyyat Agentliyindən 1 aya cavab gəldikdən sonra isə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X4 14 sentyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X3 inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada almasına baxmayaraq qərardan şikayət vermə müddətini üzürsüz səbəbdən ötürməklə məhkəməyə şikayət etmişdir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 11 fevral 2022-ci il tarixdə X2 göndərilmiş və 11 fevral 2022ci il tarixdə ona çatmışdır. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 idarə etdiyi «Opel Astra» minik markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobil ilə 11 fevral 2021-ci il tarixdə, saat 08:23:15-də Bakı şəhəri, Heydər Əliyev prospekti, 182 ünvanında dayanma və ya durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 idarə etdiyi «Opel Astra» minik markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobillə 11 fevral 2021-ci il tarixdə, saat 08:23:15-də Bakı şəhəri, Heydər Əliyev prospekti, 182 ünvanında dayanma və ya durma qaydasını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin 19 iyul 2022-ci il tarixli məktubundan görünür ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar və fotoşəkillər X2 təqdim olunmuşdur. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi Web portalından çıxarışdan görünür ki, BNA seriyalı ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar istifadəçiyə 11 fevral 2022-ci il tarixdə SMS vasitəsi ilə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmədə müəyyən olundu ki, X3 idarə etdiyi «Opel Astra» minik markalı, **-UX- *** dövlət nömrə nişanlı avtomobil ilə 11 fevral 2021-ci il tarixdə, saat 08:23:15-də Bakı şəhəri, Heydər Əliyev prospekti, 182 ünvanında dayanma və ya durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Həmin pozuntu fotoşəkillər ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, BNA seriyalı ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X2 11 fevral 2022-ci il tarixdə SMS vasitəsi ilə çatdırılmışdır. Bunan başqa X3 qərarı müraciətindən 1 ay sonra aldığını və məhkəməyə müraciət etdiyini bildirmişdir. Bakı Nəqliyyat Agentliyi isə 19 iyul 2022-ci il tarixli məktubla qərarı göndərmişdir. Həmin vaxtdan 1 ay sonra belə X3 qərarı almış olsa da, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 20 gün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1340/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1340/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver