Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1344/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 29 avqust 2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsində texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin bu qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş sahə rəisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçi Şahid1 ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 göstərdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika idarəsinin işçisi Şahid1 25 aprel 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verdiyindən X4 Xidməti tərəfindən 11 may 2022-ci il tarixli, **********8 nömrəli əmrlə «İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları»na əsasən baş vermiş bədbəxt hadisənin tədqiq edilməsi məqsədilə komissiya yaradılmışdır. Həmin hadisə ilə bağlı Təhqiqat aktının 4.4 və 4.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin rəisi Şəxs cavabdehliyini müəyyən etmişdir. Belə ki, əməyin təhlükəsizliyi üzrə 3 nömrəli təlimatın 2.20-ci bəndinə əsasən çəkisi 20 kq-dan artıq olan yükün daşınması texnika vasitəsi ilə həyata keçirilməlidir. Buna nəzarəti isə rəis Şəxs həyata keçirmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 29 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin rəisi vəzifəsində işləyir. Şahid1 həmin sahənin çilingəri vəzifəsində işləyir. 25 aprel 2022-ci il tarixdə ağır çəkili rezin təkərlərin çeşidlənmə işlərinin görülməsi üçün Şahid1 ağır çəkili rezin təkəri bir yerdən digər yerə diyirlənmə üsulu ilə apararkən təkəri bardürdan keçirərkən təkər aşdığından altında qalmışdır. Həmin təkərlərin çəkisi 160 kq olduğundan onların daşınması üçün xüsusi texnika vardır. O, ağır çəkili rezin təkərin daşınması üçün Şahid1 tapşırıq verməmişdir və baş vermiş hadisədə onun təqsiri yoxdur. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin böyük mexaniki vəzifəsində işləyir. 25 aprel 2022-ci il tarixdə Şahid1 ağır çəkili rezin təkərin bir yerdən digər yerə aparılması barədə heç kim göstəriş verməmişdir. Həmin işin görülməsi onun tərəfindən çilingərlər Əbdülağa Əliyevə, İdrət Tağızadəyə və Mehman Hacıyevə tapşırılmışdır. Şahid1 həmin işi iş yoldaşlarına kömək məqsədilə özü könüllü olaraq görmüşdür. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi Toğrul Qəribov ifadəsində göstərdi ki, 25 aprel 2022-ci il tarixdə ağır çəkili rezin təkərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin çilingəri Şahid1 ayağının üzərinə düşməsi ilə bağlı xəstəxanadan daxil olmuş məlumat əsasında onun tərəfindən araşdırma aparılaraq təhlükəsizlik qaydalarının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şahid1 xüsusi texnikaya aid təkərin diyirlənmə üsulu ilə bir sahədən digər sahəyə yerdəyişməsini həyata keçirərkən öz təhlükəsizliyini təmin etməmişdir. Şahid1 öz ehtiyatsızlığından xəsarət aldığından və onun xəsarət almasında hər hansı bir şəxsin təqsiri müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət hadisəsi olmadığından 05 sentyabr 2022-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək bu barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə məlumat verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 11 may 2022-ci il tarixli, **********8 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin işçisi Şahid1 25 aprel 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları»na əsasən baş vermiş bədbəxt hadisənin tədqiq edilməsi məqsədilə komissiya yaradılmış və komissiyanın sədrinə baş vermiş bədbəxt hadisənin tədqiq edilməsini «İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları»na uyğun təmin edib, təhqiqat materiallarını X4 Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinə təqdim etməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin işçisi Şahid1 25 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsində yol-tikinti maşınlarının və traktorların təmiri üzrə çilingər Şahid1 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin böyük mexaniki Şahid2 nəzarətsizliyini, 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndisi X2 nəzarətsizliyini, 4.4 və 4.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin rəisi Şəxs cavabdehliyini müəyyən etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, xüsusi texnikaya aid təkər şəkildə qeyd olunmuş anbardan götürülmüşdür və oradan həmin təkərin nəqliyyat vasitəsi və digər texniki vasitənin köməyi ilə götürmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına görə – min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə zamanı müəyyən edildi ki, 25 aprel 2022-ci il tarixdə ağır çəkili rezin təkərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin çilingəri Şahid1 ayağının üzərinə düşməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi Toğrul Qəribov tərəfindən aparılmış araşdırma zamanı təhlükəsizlik qaydalarının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şahid1 xüsusi texnikaya aid təkərin diyirlənmə üsulu ilə bir sahədən digər sahəyə yerdəyişməsini həyata keçirərkən öz təhlükəsizliyini təmin etməmişdir, yəni Şahid1 öz ehtiyatsızlığından xəsarət almışdır və onun xəsarət almasında hər hansı bir şəxsin təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən toplanmış material üzrə cinayət hadisəsi olmadığından 05 sentyabr 2022-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin 2 saylı xüsusi texnika sahəsinin rəisi Şəxs tərəfindən təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaların pozulması, yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması, mümiyyətlə inzibati xəta hadisəsi olması müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1344/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1344/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver