Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1347/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1987-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 sentyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 05 sentyabr 2022-ci il tarixdə Binə qəsəbəsində ictimai yerdə evin qarşısında səs-küy salmış, X3 qarşı söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 sentyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 05 sentyabr 2022-ci il tarixdə Binə qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, X2 yaşadığı ev ona məxsusdur və valideyni ondan xəbərsiz həmin evi satmışdır. Bu səbəbdən o, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində həmin evi yandıracağını Elsevərə bildirmişdir. Elsevərlə söhbət edən zaman qonşu dayısı oğlu Zakir oraya gəlmişdir. O, Dədəcanov Elsevəri söyməmiş, səs-küy salmamış və xuliqanlıq etməmişdir. Oraya gələn polis əməkdaşları onlarla birlikdə şöbəyə getməyi təklif edəndə etiraz etməmiş, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Məhkəmədən cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, mübahisəli evi o, Nizaminin atası Nərimandan almışdır. xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Nizami oraya gələrək səs-küy salmış, söyüşlər söymüş və evi yandıracağını bildirmişdir. Nizami söyüşlər söydüyünə görə o, ailəsi ilə evə girmiş və “102”-yə zəng etmişdir. Bu cür hadisə əvvəllər də baş verdiyindən Şəxs həbs ilə bağlı cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi X6 göstərdi ki, bundan əvvəl Şəxs tərəfindən X3 məxsus evi yandıracağı barədə məlumat daxil olmuş və araşdırma aparılmışdır. xx.xx.2022-ci il tarixdə Şəxs səs-küy salaraq söyüşlər söyməsi və yenidən E.G.Dədəcanovun yaşadığı evi yandırmaq istəməsi ilə bağlı onlara məlumat daxil olmuşdur. Oraya gedən polis əməkdaşları dəfələrlə Şəxs nizamintizama dəvət etmələrinə baxmayaraq o öz əməllərini davam etdirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Binə qəsəbəsində X3 məxsus evin qarşısında səs-küy salmış, söyüşlər söymüş və evi yandırmaq istəmişdir. Oraya gələn polis əməkdaşlarının Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o öz hərəkətlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PB-nin polis sahə rəisi Bəhruz Qurbanovun xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 adlı şəxsin ona məxsus evi yandırmaq istəməsi barədə DİN-nin “102” xidmətinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə vətəndaş X4 yenidən polis şöbəsinə müraciət edərək Nizami adlı şəxsin ona məxsus olan evin qarşısına gələrək onu narahat etdiyini, səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları oraya gələn zaman Şəxs davamlı şəkildə X3 məxsus evin qarşısında, küçədə ucadan söyüşlər söydüyündən, səs-küy saldığından və polisin qanuni tələblərinə tabe olmadığından polis şöbəsinə gətirilmişdir. Məhkəmə Şəxs əməlləri etiraf etməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, bundan əvvəl də E.G.Dədəcanova məxsus olan evi yandırmaq istəməsini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:04-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 05 sentyabr 2022-ci il saat 18:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1347/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1347/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver