Məhkəmə qərarları › İş №3(003)-1347/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1347/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1347/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Ramilə Həşim qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 28223528 saylı 28 may 2025-ci il il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsi haqqında şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş X7 İdarəsinin EQ 28223528 saylı 28 may 2025-ci il il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş inzibati xəta haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş EQ 28223528 saylı 28 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta haqqında elektron qərar tərtib edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş EQ 28223528 saylı 28 may 2025-ci il tarixli protokoldan görünür ki, X4 barəsində protokol tərtib edilib. Məhkəməyə qərardan şikayət verən şəxs isə X2r. Məhkəmə hesab edir ki, X3, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qərar çıxarılıb çıxarılmadığını aydınlaşdırmalı və narazı olduğu halda çıxarılan qərardan məhkəməyə şikayət verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 28223528 saylı 28 may 2025-ci il il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsi haqqında şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar