Məhkəmə qərarları › İş №3(003)-1348/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1348/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1348/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin EQ 27931397 saylı 14 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək, inzibati iş üzrə icraata xitam verilməsi haqqında şikayətini nəzərdən keçirib, Müəyyənetdi: X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş X12 İdarəsinin EQ 27931397 saylı 14 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş EQ 27931397 saylı 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.3-cü maddəsi ilə inzibati xəta haqqında elektron qərar tərtib edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş EQ 27931397 saylı 14 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin protokol X2 barəsində protokol tərtib edilmiş, qərardan şikayət verən şəxs isə X5r. Məhkəmə hesab edir ki, X6, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qərarın çıxarılıb-çıxarılmadığını aydınlaşdırmalı və narazı olduğu halda çıxarılan qərardan məhkəməyə şikayət verməlidir. İXM-nin müddəalarına görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər (İXM-nin 128.1-ci maddəsi). İnzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir (İXM-nin 128.2-ci maddəsi). Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər (İXM-nin 126.1-ci maddəsi). Göstərilənlərə əsasən və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, Qəraraaldım: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin EQ 27931397 saylı 14 may 2025-ci il il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək, inzibati iş üzrə icraata xitam verilməsi haqqında şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar