Məhkəmə qərarları › İş №3(003)-135/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-135/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-135/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs 17 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 21 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6066/2021 nömrəli, 06 dekabr 2021ci il tarixli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli icra sənədinə əsasən X2, Şəxs və X4 1463 manat məbləğində maddi ziyan tutularaq X6 ödənilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 13 aprel 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli icra sənədinə əsasən 262,16 manat məbləğində ekspertiza xərci X2, X4, Şəxs və X5 birgə qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 13 aprel 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6066/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən 100 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 10 dekabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Hər üç icra sənədi 16 saylı Cəzaçəkmə müəssisəsindən daxil olmuş və 10 dekabr 2021-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Borclu çağırışlara gəlmədiyi üçün 05 oktyabr 2021-ci il tarixdə barəsində axtarış elan olunmuşdur. Borclu yalnız Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli icra sənədinə əsasən 1463 manat məbləğində maddi ziyandan 27 yanvar 2022-ci ildə 150 manat ödəniş etmişdir. Digər icra sənədləri üzrə borcdan heç bir ödəniş aparmamışdır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra vərəqəsinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, həbsdən azad olunduqdan sonra Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli icra sənədinə əsasən 1463 manat məbləğində maddi ziyandan 27 yanvar 2022-ci ildə 150 manat ödəniş etmişdir. Hazırda isə digər cinayət işi üzrə həbs olunmuş və Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Bu səbəbdən digər icra sənədləri üzrə ödəniş edə bilməmişdir. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, X2, Şəxs və X4 1463 manat məbləğində maddi ziyan tutularaq X6 ödənilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 155/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, 262,16 manat məbləğində ekspertiza xərci X2, X4, Şəxs və X5 birgə qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6066/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 100 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmiş və bunun üçün heç bir səy göstərməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs hazırda digər cinayət işi üzrə həbs olunaraq Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq oluna bilməz. Bu səbəbdən onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar