Məhkəmə qərarları › İş №3(003)-1351/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1351/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1351/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonunun Ostayır kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu yeni yaşayış yerində fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 09 avqust 2022-ci il tarixdə təxminən 18:30-da radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi Bakavtomat yolu adlanan yerdə olan “Al Market”in qarşısından keçən yol ilə Binə qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən yolun kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ayağının üzərindən keçərək ona yüngül dərəcəli bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 02 sentyabr 2022ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 09 avqust 2022-ci il tarixində təxminən saat 18.30 radələrində yaşadığı Xəzər rayonu Qala qəsəbəsi Bakavtomat adlanan ərazidə “Lənkəran” kafesinin yanında yerləşən “Al Market”in qarşısında yolun kənarı ilə əlində uşaq arabası ilə hərəkətdə olarkən qəflətən qarşıdan gələn ağ rəngli avtomobil əks yoldan onun hərəkətdə olduğu yola keçərək düz yanından keçmiş və nəticədə avtomobilin təkəri onun sağ ayağının üzərindən keçərək əl arabasını əzmişdir. Həmin vaxt özü yüngül dərəcəli bədən xəsarətləri almış, lakin arabada olan azyaşlı oğlu Amil Cəfərov xəsarət almamışdır. Hazırda həmin avtomobilin sürücüsü Şəxs ilə barışmamışdır, çünki Şəxs hadisədən sonra onun səhhəti ilə maraqlanmamış, heç bir maddi yardım göstərməmişdir. Şəxs şikayətçidir və ona daha ağır inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 09 avqust 2022-ci il tarixində təxminən saat 18.30 radələrində etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi Bakavtomat yolu adlanan yerdə “Lənkəran” kafesinin yanında olan “Al Market”in qarşısından keçən yolla Binə qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən marketin yan hissəsində yük maşını olduğu üçün avtomobili saxlamış, həmin vaxt uşaq arabası ilə bir qadın onun maşınının yanından keçərkən avtomobilinin arxa hissəsinə yumruq vuraraq onu təhqir edib nə səbəbdən avtomobili orada saxlamasını irad olaraq bildirmişdir. O, idarə etdiyi avtomobillə həmin qadını vurmadığından və xəsarət yetirmədiyindən, iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 10 avqust 2022-ci il tarixli, 1033 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayaq barmaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X2 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 09 avqust 2022-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 avqust 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 09 avqust 2022-ci il tarixdə təxminən 18:30-da radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi Bakavtomat yolu adlanan yerdə olan “Al Market”in qarşısından keçən yol ilə Binə qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən yolun kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ayağının üzərindən keçərək ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar