Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1354/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar Mansurova (Orucova) Pərvanə Nizami qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxx 1985-ci il tarixdə ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də qaynaqçı işləyən, Bakı şəhəri Xəzər rayonu X3 yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 06 iyun 2023-ci il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-505/2022 saylı 07 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Borclunun icra məmurunun qanuni tələbini yerinə yetirməməsi nəticəsində hazırda qalıq borcu 1940 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-505/2022 saylı 07 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 07 fevral 2022-ci il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Borclunun icra məmurunun qanuni tələbini yerinə yetirməməsi nəticəsində hazırda qalıq borcu 1940 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış qərarı qəbul edilmiş, 06 iyun 2023-cü il tarixdə borclu polis əməkdaşları tərəfindən tapılaraq İcra Şöbəsinə gətirilmiş və izahatı alınmışdır. Borclu Şəxs izahatında göstərmişdir ki, əvvəllər uzun müddət işləmədiyi üçün aliment ödəyə bilməmişdir, lakin sonradan "xxxx" MMC-də qaynaqçı işinə qəbul olunmuşdur və hər ay 700-800 manat əmək haqqı alır, hələlik aliment borcunun hamısını bir dəfəlik ödəmək imkanı yoxdur, lakin aldığı əmək haqqının hesabına aliment borcunu hissə-hissə olmaqla tamamilə ödəyəcəkdir. Bu ilin mart ayında borclu 150 manat, may ayında 110 manat, məhkəmənin gedişində də 200 manat ödəyərək ödəniş qəbzini təqdim etmişdir. Tələbkar isə borcun tam ödənilməsini tələb edir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Mansurova (Orucova) Pərvanə Nizami qızı göstərdi ki, borclunun uzun müddətdən bəri aliment ödəməməsi nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Borclu həqiqətən bu ilin mart ayında 150 manat, may ayında 110 manat, məhkəmənin gedişində də 200 manat ödəniş etmiş, qalan məbləğ isə yenə də ödənilməmiş qalmışdır. Bu vəziyyət onu qane etmir və o, aliment borcunun tam ödənilməsini tələb edir. Bununla əlaqədar oiaraq aliment borcunun tam ödənilməsinin təmin edilməsini, əks təqdirdə borclunun inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, uzun müddət işsiz olduğuna görə aliment məbləğini ödəyə bilməmiş, buna görə də çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Hazırda "xxxx" MMC-də qaynaqçı işinə qəbul olunmuşdur və hər ay 700-800 manat əmək haqqı alır, hələlik aliment borcunun hamısını bir dəfəlik ödəmək imkanı yoxdur, lakin aldığı əmək haqqının hesabına aliment borcunu hissə-hissə olmaqla tamamilə ödəyəcəkdir. Bu ilin mart ayında tələbkara 150 manat, may ayında 110 manat, məhkəmənin gedişində də 200 manat ödəyərək bunu təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim edir. Bundan sonra da hər ay müntəzəm surətdə hissəhissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş, lakin alimentin ödənilməsindən qərəzli olaraq yayınmamışdır. Hazırda borclu "xxxx" MMC-də qaynaqçı işləyir və hər ay 700-800 manat əmək haqqı alır. Bu ilin mart ayında borclu tələbkara 150 manat, may ayında 110 manat, məhkəmənin gedişində də 200 manat ödəyərək bunu təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim etmiş və qalan məbləği də hissə-hissə olmaqla müntəzəm surətdə tamamilə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs tələbkara 200 (iki yüz) manat aliment ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1354/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1354/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver