Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1355/2024 15.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (X3) iştirakları ilə, xx.xx.1994-cü ildə Rusiya Federasiyasının Krasnopartizanskiy rayonunun Saratov vilayətininin Miloradovka kəndində doğulmuş, subay, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs (X3) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru X11 bildirdi ki, 1-ci Polis şöbəsinin təhqiqatçısı Şahin Mustafayev tərəfindən qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərara əsas protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X7 Mehman Qəriboviç barəsində əvvəllər də polis şöbəsinə şikayəti olmuşdur. Polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarına qarşı tabesizlik göstərilmiş, polis şöbəsinə gəlməkdən imtina etmişdir. Üzərində aşkar edilmiş xəsarətlər ola bilsin ki, içkili olmuş, polis şöbəsinə gətirilən zaman özünü maşının qapısına vuran zaman yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf etməyərək izahatında bildirmişdir ki, zərərçəkmiş şəxsi döyməmişdir. Zərərçəkmiş şəxslə birlikdə yaşamışlar, 3-4 aydır ayrılmışlar. Əvvəl o, zərərçəkmiş şəxsdən uşaqları baxımsız vəziyyətdə qoyduğu üçün şikayət etmişdir. Polis əməkdaşları gəlib uşaqların baxımsız olduğunu görmüşlər. 08-10 iyun 2024-cü il tarixlərində zərərçəkmiş şəxsin yaşadığı ünvanda olmuşdur, xx.xx.2024-cü il tarixdə o zərərçəkmiş şəxs barəsində şikayət etmiş, 10 iyunda isə zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir. Gecə vaxtı zərərçəkmiş şəxsin qaldığı evə gəlmiş, uşaqlarını görməyə gəlmiş, zərərçəkmiş şəxs isə içkili olduğunu bildirərək icazə verməmişdir. Bundan sonra zərərçəkmiş şəxs polisə şikayət etmiş, polislər isə gəlib onu polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxsi döyməmiş, hesab edir ki, zərərçəkmiş şəxs qərəzli olaraq ondan şikayət etmişdir. Polis şöbəsində isə onu otağa salıb döymüşlər. Polis şöbəsində səbəbsiz yerə tutulduğunu bildirərək səs-küy etmiş, buna görə onu 3 nəfər polis əməkdaşı döymüşlər, otaq qaranlıq olduğundan sifətlərini görməmişdir. Döyüldükdən sonra xəsarət almış, qolu çıxmış, sinəsi ağrayır, həkim müayinəsindən keçməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, axşam vaxtı Şəxs onlara gəlmiş, içkili olmuşdur. Həmin vaxtı uşaqları parka aparmış və oradan qayıtmışlar, Mehmanla yolda rastlaşmışlar. Yolda Mehman ona uşaqları “uşaq evinə” verməsini demiş, qızı isə “ata sən bizi uşaq evinə verərsən, lakin anam verməz” bildirmiş, bu zaman Mehman qızının başından şillə ilə vurmuşdur. Daha sonra evə gəlmişlər. Evdə Mehman içki olduğundan ona heç nə deməmiş, belə ki, Mehman içkili olduğu zaman onları döyür, daimi içki içir və birgə yaşadıqları vaxtı hətta qoluna siqarət basmış, çəngəl ilə onu vurmuşdur. Ona görə də özü digər otaqda olmuş, Mehman isə kiçik qızı ilə digər otaqda olmuşlar. O, telefonla rəfiqəsi ilə divanda uzanıqlı vəziyyətdə danışdığı vaxtı Mehman üzərinə gəlmiş yumruqla ayaqlarından vurmuşdur. 3-4 dəfə ayağından vurmuşdur. Bundan sonra o, çölə çıxmış, bu vaxtı uşaqlar yatmış olmuşlar. Özünə gəldikdən sonra Mehmandan çıxıb getməsini tələb etmiş, lakin Mehman getməmiş, gecəni qalmış, səhəri çıxıb getmişdir. Şənbə-bazar olduğundan və həmin günləri işlədiyindən polis şöbəsinə getməmiş, birinci günü isə gedib şikayət etmişdir. Ondan sonra ekspertizadan keçmişdir. Dünən isə gecə vaxtı saat 02:00 radələrində qapının çırpıldığını eşitmiş, qapını açanda görmüşdür ki, Mehmandır, əlində iki ədəd butulka var. Ondan niyə gəlməsini soruşmuş, Mehman uşaqları görməyə gəldiyini bildirmişdir. Mehman içəri daxil olmağa çalışmış, o isə sinəsindən itələyərək içəri girməyə qoymamışdır. Bundan sonra Mehman ona yumruq atmağa çalışmış, ona getməsini, getmədiyi təqdirdə polis çağıracağını bildirmişdir. Mehman isə polisin ona heçnə etməyəcəyini bildirmişdir. Bundan sonra 102 xidmətinə zəng vurmuşdur. Polis əməkdaşları gələndə Mehman oradan uzaqlaşmış, polis əməkdaşı yolda onu saxladıqda Mehman özünü “Qərib” kimi təqdim etmişdir. Bundan sonra polis əməkdaşı onunla əlaqə saxlamış və bu barədə ona bildirmiş, o, Mehmanı saxladıqları yerə getmişdir. Orada onu saxladıqları şəxsin Mehman olduqlarını bildirmişdir. Mehman aqresivləşmiş, onun üzərinə gəlməyə çalışmış, polis maşınına təpiklə vurmuşdur. Polis əməkdaşı Mehmanı məcburi olaraq qolundan tutub maşına əyləşdirmişdir. Mehman maşında olarkən maşının qapısını təpiklə vurmağa çalışmışdır. Polis əməkdaşı ona evə getməyi, Mehmanın isə polis şöbəsinə aparılacağını bildirmişdir. Bundan sonra evə gəlmişdir. Mehman maşında polis şöbəsinə gedə-gedə ona hətta zəng vuraraq polis əməkdaşlarının onu buraxdıqlarını bildirmişdir. Hazırda Mehmanla barışmamış və Mehman barəsində tədbir görülməsini tələb edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın açılması üçün ərazi aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs, Xəzər rayonu, Zirə qəsəbəsi, Ordubadi küçəsində olan yeni tikilidə qeyri-rəsmi yaşadığı X5 döyməsi səbəbindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxs tərəfindən verilmiş 595 nömrəli ekspert rəyindən görünür ki, 1993-ci il təvəllüdlü X2 bədəni üzərinə aşkar edilmiş xəsarətlər – sağ və sol budun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, A.M.Şükürovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə araşdırması zamanı Şəxs inzibati xətanı törətməsini, yəni zərərçəkmiş şəxs Arzu Şükürvanı vurmasını etiraf etməsədə, işin hallarından görünür ki, o, xx.xx.2024cü il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsi, Ordubadi küçəsində yerləşən evdə zərərçəkmiş şəxs Arzu Şükürovanı sağ və sol budundan yumruqla vuraraq sonuncuya xəsarət yetirmişdir. Bu hal iş materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Onun məhkəmə iclasında verdiyi izahata isə məhkəmə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da inzibati məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. İnzibati həbsin əvvəli hazırki qərarın çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, vizual baxışdan, həmçinin özünün deməsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs üz və bədən nahiyələrində xəsarətlərin olması müəyyən edildiyindən bu barədə müvafiq araşdırma aparılması üçün hazırki qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməklə bu barədə məlumat verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (X8) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X9 X1 həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (X8) polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra təzyiq, təsir, işgəncə və qeyri-insani davranışa məruz qalıb-qalmamasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1355/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1355/2024
15.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver