Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1356/2024 18.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Ramil Cəfərovun, Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxx 1966-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Lerik rayonu, Lerik şəhəri, V.İbrahimov küçəsi, ev 19-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 17 iyun 2024-cü il tarixli protokola əsasən Şəxs 17 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində qonşusu Gülverdini heç bir səbəb olmadan nalayiq sözlərlə söymüş, oraya gələn polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Ramil Cəfərov göstərdi ki, 17 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində Şəxs qonşusu Gülverdini heç bir səbəb olmadan nalayiq sözlərlə söymüş, oraya gələn polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, qanuna zidd olan əməllərini davam etdirmişdir. Buna qədər də, qonşuları Şəxs barəsində əsassız söyüşlər söydüyünə görə dəfələrlə şikayətlər etmişlər. Şəxs özü dəfələrlə “102” qaynar xəttə zəng edərək əsassız şikayətlər etmiş, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X2 göstərdi ki, Şəxs qonşusudur, 17 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində o, heç bir səbəb olmadan səs-küy salmış, nalayiq sözlərlə onu və oraya gələn polis əməkdaşlarını söymüş, onu nizam intizama dəvət etmək istəyən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, o, heç kəsi söyməmiş, polis əməkdaşlarının qanuni tələblərinə riayət etmişdir. Əksinə, qonşular və polislər ona şər-böhtan atırlar. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Binə qəsəbəsində Donuzkökəltmə Sovxozunda qonşusu Gülverdi Binyətovu heç bir səbəb olmadan nalayiq sözlərlə söymüş, oraya gələn polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PŞ-nin əməkdaşları Nihad Mustafayev, Vasif Məmmədov və Zaur Babayev tərəfindən tərtib olunmuş raportdan görünür ki, Şəxs “102” zəng mərkəzinə zəng edərək bildirmişdir ki, xx.xx.2024-ci il tarixdə qonşusu Gülverdi adlı şəxs onu söymüş, oraya gələn polis əməkdaşlarına mətbəxt bıçağıl ilə özünə xəsarət yetirəcəyini bildirmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirməsini Azərbaycan Respublikası İXMnin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 17 iyun 2024-cü il saat 23:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1356/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1356/2024
18.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver