Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1357/2024 19.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 23 avqust 1971-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər rayon DYPŞ -dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında İXP ******* nömrəli, 10 may 2024-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində “RAVON R4 LTZ minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 333.3 və 327.6-cı maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də dostunun evində təmir işləri görmüş, həmin vaxt spirtli içki qəbul etmişdir. Avtomobilə əyləşib, avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq YYM-də FHNnin yanğından mühafizə idarəsinin inzibati binası istiqamətindən “Şanlı” işıqforu deyilkən tərəfə, yəni “Nihad” market istiqamətində hərəkət edərkən iki piyadanı vurmuş və qorxduğuna görə hadisə yerindən uzaqlaşmışdır. Təxminən 2 km qarşı tərəfə hərəkət etdikdə işıqforun yaşıl işığında gözləyən “Opel” markalı avtomobili arxa tərəfindən vurmuş və ikinci dəfə yol nəqliyyat hadisəsini törətmişdir. O, bu gün saat 10:00-da Xəzər rayon DYPŞ-nə gəlmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.6 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXMnin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta məhkəmənin aidiyyətində olmadığından baxılması üçün Xəzər rayon DYPŞ-nə geri qaytarılmışdır. İş materiallarında olan 1/370 nömrəli xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcədə (2,658%) sərxoşluq müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 376 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X2 bədənində YÜNGÜL dərəcəli xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərin xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur. İş materiallarına əlavə edilmiş 357 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bədənində YÜNGÜL dərəcəli xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərin xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyevin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “RAVON” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində AR İXM-nin 333.3 və 327.6-cı maddələrinin tərkibi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə Şəxs ailəli, 2 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən hadisəni sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzasının təyin olunması məqsədə müvafiq deyil, barəsində inzibati həbs tənbehi tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs bu gün saat 10:00-da Xəzər rayon DYPŞ-nə gəlmişdir. Məhkəmə hesab edir ki, həbs etmənin əvvəli həmin vaxtdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.2, 33.1.7, 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 19 iyun 2024-cü il tarixdən saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1357/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1357/2024
19.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver