Məhkəmə qərarları › İş №3(003)-1358/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1358/2024

19.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1358/2024 19.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1992-ci ildə Tovuz rayonu Azaflı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 19 iyun 2024-cü il tarixli protokola əsasən Şəxs Binə qəsəbəsində ətrafdakı insanları narahat edərək xırda xuliqanlıq əməli törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Hüseyn Zalov göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Binə qəsəbəsində yerləşən “Laçın” marketin yaxınlığında idarə etdiyi avtomobillə hərəkətin gur olduğu yerdə avtomobilinin əyləc sistemindən istifadə edərək insanların diqqətini özünə cəlb etməklə cəmiyyət içində narazılıq doğuran səslər çıxardaraq cəmiyyətə açıq şəkildə hörmətsizlik etmişdir. Onu saxlayan polis əməkdaşlarına avtomobili idarə etmək üçün heç bir sənədi olmadığını, buna baxmayaraq onu dəfələrlə nizam-intizama dəvət edən polis əməkdaşlarına öz narazılığını bildirmişdir. Onun tərəfindən bu hallar əvvəllər də dəfələrlə təkrar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, o, Binə qəsəbəsi Südçülük Sovxozunda özünə məxsus avtomobillə hərəkət edərkən polis əməkdaşları onu saxlamış, həmin vaxt üzərində heç bir sənədi olmadığına görə onlara təqdim edə bilməmişdir. O, heç bir xuliqanlıq etməmiş, polis əməkdaşlarının göstərişlərinə tabe olmuşdur. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində X6 ilə xidmətdə olarkən Binə qəsəbəsi Ə.İsazadə küçəsində əhalinin sıx olduğu yerdə “KİO RİO” avtomobilinin sürücüsü şəxsiyyəti sonradan məlum olan Şəxs avtomobilin əyləc sistemindən istifadə etməklə manevrlər edərək orada olan insanların rahatlığını pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik etmişdir. Ona saxla işarəsi verərkən əvvəlcə avtomobili saxlamasa da sonradan saxlamışdır. Sənədlərini təqdim etməsini tələb etdikdə o, heç bir sənəd təqdim etməyərək onlarla uca səslə mübahisə etməyə başlamılşdır. Şəxs dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. Bu səbəbdən də onu polis şöbəsinə dəvət edərək raportla təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Elnur Balamirzə oğlunun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs Binə qəsəbəsində ətrafdakı insanları narahat edərək xırda xuliqanlıq əməli törətmiş, polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları Kamran İbadlı və Elnur Həmidov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Binə qəsəbəsində yerləşən “Laçın” marketin yaxınlığında idarə etdiyi avtomobillə hərəkətin gur olduğu yerdə avtomobilinin əyləc sistemindən istifadə edərək insanların diqqətini özünə cəlb etməklə cəmiyyət içində narazılıq doğuran səslər çıxardaraq cəmiyyətə açıq şəkildə hörmətsizlik etmişdir. Onu saxlayan polis əməkdaşlarına avtomobili idarə etmək üçün heç bir sənədi olmadığını bildirmişdir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Azərbaycan Respublikası İXMnin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Şəxs ailəli və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:50-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 18 iyun 2024-cü il saat 23:50-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar