Məhkəmə qərarları › İş №3(003)-136/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-136/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-136/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsi ilə İXM-nin 328.2-ci maddəsi ilə cərimə edilməsi barədə EQ18629381 saylı, dekabr 2023-cü il tarixli inzibati protokol əsasında çıxarılmış eyni tarixli elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 22 dekabr 2023-cü il tarixdə “Hundai Tucson” markalı, **-DD-*** d.q.n. avtomobil ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “Qoşa Qala” restoranı yaxınlığında hərəkət etdikdə bir müddət sonra guya İXM-nin 328.2-maddəsində nəzərdə tutulan xətanı törətməyi barədə məlumat daxil olmuşdur. “Asan Pay” sistemi vasitəsi ilə kabinetinə daxil olub daha geniş məlumat əldə etdikdə orada foto və video görüntü yerləşdirilmişdir. Şəkildəki həqiqətən idarə etdiyi avtomobil olduğu məlumdur. Lakin, videogörüntüdə yük avtomobilini ardıcıl üç avtomobilin ötdüyü görünür. Təqdim edilmiş qərarda ümumiyyətlə avtomobilinin radar hissəsində hansı surətlə hərəkət etməyi məlum deyil, yalnız surət həddini 21-40 km arası aşdığı qeyd edilir. Tərtib edilmiş elektron qərara görə ərazidəki 60 km/saat surət həddini göstərən nişan olan hissədə sürətinin 21 km/saat aşmağı və guya saatda 82 km/saat surətlə hərəkət etməyi inandırıcı deyil. Buna şübhələr ona görə yaranır ki, İXM-nin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 10- 20 km/saat həddində aşmağa görə 10 (on) manat, İXM-nin 328.2-ci maddəsinə görə isə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə 50 (əlli) manat və 2 cərimə balı nəzərdə tutulur. Burada şübhəli məqam məhz surət həddinin 21 km/saat aşmağının qeyd edilməsidir. Sual yaranır necə oldu ki, sürəti saatda 75, 76, 77, 78, 79 və 80 olmadı və yaxud saatda 81, 83, 84, 85 və s. olmadı məhz saatda 82 km olmuşdur. Cavab isə budur ki, İXM-nin 328.1-ci (10 manat) deyil, İXM- nin 328.2-ci (50 manat və 2 bal) maddəsinin təsirinin altına salaraq onu cərimə məbləği daha yüksək olan sonuncu maddə ilə cərimələmək məqsədi güdülmüşdür. Belə olan halda onun şəkildə qeyd edildiyi kimi saatda 82 km surətlə hərəkət etməyinin yazılması barədə sübut şübhəlidir və bununla bağlı qərar qanuni sayıla bilməz. Bildirirəm ki, həmin əraziyə yaxın bağ evi yerləşir və bu yolla hər gün hərəkət edir və orada radar olduğundan surət rejiminə həmişə nəzarət edir. Hesab edir ki, surət rejiminə əməl etdiyi halda texniki səhv olaraq idarə etdiyi avtomobilə birbaşa İXM-nin 328.2-ci maddəsi ilə surət həddini 21-40 km arası aşdığına görə 2 bal və 50 manat əsassız cərimə tətdiq edilmişdir. Ona görə də şikayəti təmin edilməli, Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsi ilə İXM-nin 328.2-ci maddəsi ilə cərimə edilməyi barədə EQ18629381 saylı, 22 dekabr 2023-cü il tarixli inzibati protokol əsasında çıxarılmış eyni tarixli elektron qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-6519/2023 saylı qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında X1 nümayəndəsi X5 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, elektron kabinetə yerləşdirilmiş videogörüntüdən görünür ki, sağdan yük maşına hərəkət edir və həmin yük avtomobilini üç avtomobil ötüb keçir, həmin ötən avtomobillərdən biri də Nuridə Maqsudovanındır. Həmin yolda sürət həddi 60 km/saatdır, həmin surət həddini aşsa da belə 70 km/saatadək surət həddi artırmaq mümkündür. Lakin vizual görüntü kimi həmin video görüntüyə baxanda 22 km/saatda surət həddinin artırılmasında isə çox surətlə hərəkətdə olması görünərdi. Lakin Nuridə həmin surətdə hərəkətdə olmamış, lakin surət həddini aşsa belə onun sürəti şikayətdə qeyd olunduğu kimi 74, 75, 76 ola bilərdi. 82 km/saat surət göstərilməsində məqsəd 2 bal cərimə etmək olmuşdur. Hadisə zamanı tək onun maşına olsa qəbul etmək mümkün olardı, lakin orada yük avtomobilini 3 avtomobil ötüb keçir. Bu zaman avtomobillərin surət həddi 10-15 artıq ola bilərdi və maksimum 10 manat cərimə olunmalı idi. Digər dostu ilə bağlı qəbul edilmiş eyni qərar barəsində şikayət vermiş və həmin şikayət təmin edilmiş, tətbiq edilmiş cərimə pozulmuşdur. Belə ki, əksini sübut edən sübutlar olmamışdır. Hesab edir ki, surət həddi 82 km/saatda olmamış, surət həddi olsa belə 10 km/saat sürəti aşmış və 10 manatlıq cərimə olunmalıdır. Hesab edir ki, xəta radar vasitəsilə qeydə alınıbsa, o demək deyilki, radar düzgün hərəkət sürətini qeydə almışdır. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixli, EQ18629381 nömrəli protokol əsasında X4, xx.xx.2023-cü il tarixində, saat 19:41-də Xəzər rayonu, Qoşa Qala restoranının yanı, Mərdəkan istiqamətində “Hyundai Tucson” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X1 məhkəməyə ünvanladığı izahatından görünür ki, o, izahatında qeyd etmişdir ki, 22 dekabr 2023-cü il tarixdə “Hundai Tucson” markalı, **-DD-*** d.q.n. avtomobil ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “Qoşa Qala” restoranı yaxınlığında hərəkət etdikdən sonra İXM-nin 328.2 maddəsinin pozduğuna görə barəmdə 2 bal və 50 manat cərimə tətbiq edilməsi barədə telefona məlumat daxil olmuşdir. Bundan sonra “SMS radar” proqramdakı kabinetə daxil olub qayda pozuntunun nədən ibarət olması və məlumata əlavə edilmiş sübut barədə maraqlanmışdır. Əlavə edilmiş videogörüntüyə baxdıqda qeyd edilən ərazidə təxminən 4 avtomobil hərəkət edir və vizual onların hərəkət surətləri təxminən saatda 5-10 km fərq edir. Yolun həmin hissəsində surət həddi saatda 60 km (maksimum 70) olmasını nəzərə alaraq o buna riayət edərək avtomobilini saatda 60 km, yaxud maksimum 70 km sürətlə idarə etmiş və sürət həddini aşmağı təqdim edilmiş görüntüyə əsasən ona inandırıcı gəlmir və burada hansısa texniki səhv olduğunu güman edir. Bundan sonra məhkəməyə şikayət vermək üçün elektron qərarı əldə etmişdir. Əldə etdiyi elektron qərarda qeyd edilən radar qurğusu ilə qeydə alınan “xəta” şübhəli olması ilə yanaşı hansı mötəbər və təkzibedilməz sübutlar əsasında qeydə alındığı məlum deyildir. Belə ki, “Smart Radar” qurğusunun göndərdiyi videogörüntüyə görə avtomobilinin saatda 60 km surət həddini göstərən nişandakı rəqəmdən saatda 22 km (!) artıq olması ona sübut edilməlidir. Hesab edir ki, ərazidəki “Smart Radar” qurğusunun 4 avtomobil içində məhz idarə etdiyi avtomobilin surətinin saatda 22 km aşmasının qeyd edilməsi texniki səhv və ya həmin qurğunun nasazlığı səbəbindən baş vermişdir. Həmçinin, sözügedən surət ölçü cihazının saz və standartlara uyğun vəziyyətdə olması barədə sənədlər də məhkəməyə təqdim edilməlidir. Ona görə də tərtib edilmiş elektron qərara və görüntüyə görə ərazidə avtomobillə guya saatda 82 km surətlə keçməyi şübhəlidir və inandırıcı deyil. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması üçün mötəbər və təkzibedilməz sübutlar olmadığından həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, X4, xx.xx.2023-cü il tarixdə saat 19:41-də Xəzər rayonu, Qoşa Qala restoranının yanı, Mərdəkan istiqamətində “Hyundai Tucson” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması səbəbindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X1 şikayəti ondan ibarətdir ki, onun yolda sürət həddi 60 km/saat olmaqla 82 km/saatda hərəkətdə olmamış, olsa belə onun surət həddi 80 km/saatadək ola bilərdi. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X3 istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin şikayətdən və X1 nümayəndəsi X2 məhkəmə iclaslarında verdiyi izahatlarından dolayısı ilə görünür ki, inzibati xətanın törədildiyi vaxtı X1 idarə etdiyi avtomobilin sürət həddi, yolda olan 60 km/saat sürət həddindən çox olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, EQ18629381 nömrəli protokol əsasında X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən xx.xx.2023cü il tarixli, EQ18629381 nömrəli protokol əsasında X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar