Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1362/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektrou Təbriz Nəsirovun, Şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru polis kapitani. Təbriz Nəsirov tərəfindən tərtib olunmuş 14 iyun 2024-cü il tarixli İnzibati Xəta haqqında MN N-1572925 xx.xx.2024-cü il tarixli protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci PŞnin sahə inspektoru polis kapitani, Təbriz Nəsirov tərəfindən tərtib olunmuş 14 iyun 2024cü il tarixli İnzibati Xəta haqqında MN N-1572925 xx.xx.2024-cü il tarixli protokol və onun əsasında qəbul edilmiş qərardan şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayon Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən ona məxsus mağazaya Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Təbriz Nəsirov gələrək əsassız olaraq onun mağazadan kənarda Qanunsuz küçə ticarəti ilə məşğul olduğumu bildirərək, heç bir əsas olmadan cərimə yazmışdır. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitani. Təbriz Nəsirov tərəfindən tərtib olunmuş 14 iyun 2024-cü il tarixli İnzibati Xəta haqqında MN No-1572925 protokoldan görünür ki, İXM-nın 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın guya tərəfindən törədilməsi aşkar edilmişdir. O, sahə inspektorundan barəsində tərtib olunmuş İnzibati Xəta haqqında MN nömrəli ******* xx.xx.2024-cü il tarixli protokol əsasında hansı qərarın qəbul olunduğunu və onun surətinin ona verilməsini xahiş etsə də o, ona hər hansı sənəd verməkdən imtina etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən heç bir halda İXM-nın 454-cü maddəsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi "Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə məsuliyyət nəzərdə tutur. Qeyd edilən maddənin subyekti müvafiq dövlət orqanlarından rəsmi icazə olmadan ticarətlə məşğul olan şəxs ola bilər. O, nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin satışı ilə məşğuldur. Qeyd edilən ünvanda mağazası vardır. Ehtiyat hissələrinin mağazadan kənarda satışının aparılması mümkün deyildir. O vergi ödəyicisi olaraq qeydiyyatdadır və müvafiq hesbatlarını verməklə, vergi ödədiyini bildirmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən. hüquqazidd olan. toqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektrou Təbriz Nəsirov şikayət vermiş şəxs X1 verdiyi şikayətin əsassız olduğunu, tərəfindən qəbul edilmiş qərarın qanuna müvafiq qayadada qəbul edildiyini bildirərək məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Təbriz Nəsirov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı, Təbriz Nəsirov tərəfindən tərtib olunmuş 14 iyun 2024-cü il tarixli İnzibati Xəta haqqında MN N-1572925 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 14 iyun 2024-cü il tarixdə B.Əliyev küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olması əsas gətirilərək, Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, mağaza xaricində velosipedləri sıra ilə düzmüş və satışı ilə məşğul olmuşdur. Şikayətçi X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da ağırlaşdırılması və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1362/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1362/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver