Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1367/2024 03.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 29 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən mobil telefonların Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı ərazisində toplanılması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Heydər Əliyev adına X4 xarici ölkələrdən gələn sərnişinlərin köməkliyi ilə sözügedən mobil telefonların gətirildikdən və gömrük nəzarətindən keçdikdən sonra hava limanının ərazisində şəxs yaxud şəxslər tərəfindən toplanılması faktı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq müvafiq əməliyyat qrupu yaradılmış və zəruri tədbirlər həyata keçirilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən olunmuşdur ki, həqiqətən də xarici ölkələrdən sərnişin qismində gələn və şəxsiyyəti hələlik məlum olmayan şəxslər tərəfindən gətirilən mobil telefonları həmin şəxslər vasitəsilə gömrük nəzarətindən keçirilib gömrük nəzarəti zonasını tərk etdikdən sonra hava limanının T1 Terminalının minik avtomobilləri üçün nəzərdə tutulan dayanacağında dayanan Azərbaycan Respublikası vətəndaşı Şəxs vermələri və sonuncu tərəfindən idarə etdiyi "Chevrolet Cruze" markalı, **-BO-*** qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsinə yerləşdirilməsi müəyyən olunmuşdur. Faktla əlaqədar olaraq mövcud hallar nəzarətdə saxlanmış və həmin tarixdə Şəxs idarə etdiyi "Chevrolet Cruze" markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilməli olduğu X6 Hava Limanının T1 Terminalının dayanacağında Şəxs bildirilmişdir. Şəxs razılığı əsasında **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, nəticədə minik avtomobilinin arxa salonunun oturacaqlarının üzərindən İMEİ kodları **********33201 və **********41637 olan 8 ədəd İphone 15 X9 1 TB" markalı, İMEİ kodları **********26890 vǝ **********50712 olan 3 ədəd "İphone 14 Pro Gold 512 GB" markalı, İMEİ kodları **********26890 və **********50712 olan 2 ədəd "İphone 14 X11 512 GB" markalı, İMEİ kodları **********33201 və **********41637 olan 1 ədəd "İphone 15 X10 1 TB” markalı olmaqla ümumilikdə 14 ədəd “İphone” markalı mobil telefonlar və 3 blok (30 qutu) “Chapman Braun” markalı siqaretlər aşkar edilmişdir. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Tahqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma çərçivəsində aşkar olunmuş malların dayərini, mobil telefonların orijinal olub-olmamasını müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. ƏN MƏM-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16- 16/2-5/1677-9/9281-7/1667/2023 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş mobil telefonların orijinal olub-olmadığını müəyyən etmək mümkün olmadığından dəyərləndirilməmiş, təqdim edilmiş üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərdən 20 qutu (2 blok) "Chapman Brown" markalı tütün məmulatlarının tərkibi standartlara uyğun olmamış, bu səbəbdən qiymətləndirmək mümkün olmamış, digər üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 10 qutu (1 blok) "Chapman Brown" markalı tütün məmulatlarının 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 80 manat müəyyən edilmişdir. Daha sonra mobil telefonların Şəxs aşkar olunaraq götürülmüş mobil telefonların orijinal olub-olmadığını müəyyənləşdirmək üçün yenidən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə mütəxəssis dəvət olunmaqla müraciət olunmuşdur. Mərkəzin 15 may 2024-cü il tarixli 3-16-16/2-5/444-9/2877/2024 nömrəli ekspert rəyinə əsasən təqdim edilmiş 14 (on dörd) ədəd üzərində orijinal olmayan mobil telefonların xx.xx.2023-cü il tarixinə ümumilikdə orta bazar qiyməti təxminən 3250,00 manat müəyyən edilmişdir. Bununla da X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 00800-00408/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X5 protokolun məzmununa uyğun çıxış edərək X1 müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək Rusiya Federasiyasında yaşayan xalası oğlunun telefonları ona göndərdiyini, həmin malların gömrükdən keçirilməsinin inzibati xəta olduğunu bilmədiyini, əməlindən səmimi peşman olduğunu qeyd edərək malların müsadirə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 29 noyabr 2023-cü il tarixdə istifadəsində olan "Chevrolet Cruze" markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar olunaraq protokol əsasında ondan götürülmüş İMEİ kodları **********33201 **********41637 olan 8 ədəd "İphone 15 X9 1 TB" markalı, İMEİ kodları **********26890 və **********50712 olan 3 ədəd "İphone 14 Pro Gold 512 GB" markalı, İMEİ kodları **********26890 və **********50712 olan 2 ədəd İphone 14 X11 512 GB" markalı, İMEİ kodları **********33201 və **********41637 olan 1 ədəd "İphone 15 X10 1 TB" markalı olmaqla ümumilikdə 14 ədəd "İphone" markalı mobil telefonlar və 3 blok (30 qutu) "Chapman Braun" markalı siqaretlərin müsadirə edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 14 ədəd üzərində orijinal olmayan mobil telefonların xx.xx.2023cü il tarixə ümumilikdə orta qiyməti təxminən 3250,00 manat müəyyən edilir, o cümlədən: -09 ədəd "İphone 15 Pro" markalı “A2849” modelli mobil telefon – 2250,00 (9ədx250 man) manat; -05 ədəd "İphone 14 Pro" markalı “A2650” modelli mobil – 1000,00 (5ədx200 man) manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Apple İphone” brendinin standartlarına cavab verməyən, dəyəri 3250 manat təşkil edən saxta mobil telefonları ölkə ərazisinə gətizdirmiş, kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən ölkəyə gələn müxtəlif sərnişinlər tərəfindən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallar kimi keçirildikdən sonra malları əldə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, habelə barəsində inzibati icraat aparılan şəxsin inzibati orqana ünvanladığı ərizəsini nəzərə alaraq, X1 barəsində müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müsadirə və cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 503-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin və inzibati xətanın bilavasitə obyekti olan İMEİ kodları **********33201 **********41637 olan 8 ədəd "İphone 15 X9 1 TB" markalı, İMEİ kodları **********26890 və **********50712 olan 3 ədəd "İphone 14 Pro Gold 512 GB" markalı, İMEİ kodları **********26890 və **********50712 olan 2 ədəd İphone 14 X11 512 GB" markalı, İMEİ kodları **********33201 və **********41637 olan 1 ədəd "İphone 15 X10 1 TB" markalı olmaqla ümumilikdə 14 ədəd "İphone" markalı mobil telefonlar və 3 blok (30 qutu) "Chapman Braun" markalı siqaretlər müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1367/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1367/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver