Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1388/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs xx xxxxxxxx 1952-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də direktor, ünvan 1 ünvanında qeydiyyatda olan, Qəbələ rayonu, Tikanlı kəndində yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 07 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-379/2018 nömrəli, 30 mart 2017-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-379/2018 nömrəli, 30 mart 2017-ci il tarixli qərarına əsasən cavabdeh "xxxx" MMC-dən 5.000.000 manat məbləğində əsas borc, 475000 manat faiz borcu, 500.000 manat əldən çıxmış fayda və 31 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 22 aprel 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş "xxxx" MMC-nin rəhbəri Şəxs göndərilmişdir. Borclu icra sənədi üzrə borcdan heç bir ödəniş aparmamışdır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra vərəqəsinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-379/2018 nömrəli, 30 mart 2017-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin xeyrinə heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, o, "xxxx" MMC-ni 2017-ci ildən qəbul etmişdir. Şirkətin heç bir əmlakı və vəsaiti olmadığı üçün ödəniş olunmamışdır. İlk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-379/2018 nömrəli, 30 mart 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 5.000.000 manat məbləğində əsas borc, 475000 manat faiz borcu, 500.000 manat əldən çıxmış fayda və 31 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmiş və bunun üçün heç bir səy göstərməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1388/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1388/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver