Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-139/2022 22.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 05 oktyabr 1994-cü il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olan, Abşeron rayonunun Mehdiabad qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 22 yanvar 2022-ci il tarixdə Xəzər RPİ 3-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilmişdir. Protokola əsasən Şəxs xırda talama əməlini törətmiş, yəni 21 yanvar 2022-ci il tarixdə X2 məxsus yaşadığı evin hasarına söykədiyi dəmir darvazanı oğurlayaraq özgəsinin əmlakını talamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X5 tərəfindən tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evinin hasarına söykədiyi dəyəri 255 (iki yüz əlli beş) manat olan darvaza 21 yanvar 2022-ci il tarixdə saat 15 radələrində oğurlanmışdır. Ona dəymiş ziyan indiyə qədər ödənilmədiyindən, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müvafiq tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi, ziyanı hələ ödəmədiyini, lakin bunun üçün çalışdığını, əməlindən peşmançıq çəkdiyini bildirdi və bunun nəzərə alınaraq ona yüngül tənbeh verilməsini xahiş etdi. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 05 oktyabr 1994-cü il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olan, Abşeron rayonunun Mehdiabad qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 22 yanvar 2022-ci il tarixdə saat 15:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Tərlan Əkbərov BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 1044 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Telman küçəsi, 4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tel./faks: 454-33-28 Baş İctimai Təhlükəsizlik İdarəsinin İnzibati həbs 22 yanvar 2022-ci il olunanların saxlanılma yerinin rəisi, polis polkovnik-leytenantı № 3(003)-139/2022 cənab Ramin İmanova Hörmətli Ramin müəllim! Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli 3(003)- 139/2022 №-li inzibati xəta haqqında qərarı icra olunması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyəti ilə birlikdə Sizə göndərilir. Qoşma: qərarın və protokolun surətləri, Şəxs məxsus portaldan çıxarışın surəti. Hörmətlə, Hakim Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-139/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-139/2022
22.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver