Məhkəmə qərarları › İş №3(003)-1391/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1391/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1391/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərəkçəkmiş şəxs Zərərçəkmiş şəxs1, protokol tərtib edən Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X1 iştirakları ilə Şəxs xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 09 sentyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 16 avqust 2022-ci il tarixdə, saat 03:11də «Daewoo Gentra» minik markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 02 sentyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 16 avqust 2022-ci il tarixdə, saat 03:11 radələrində idarə etdiyi «Daewoo Gentra» minik markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomobillə Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qara rəngli «Mercedes» markalı avtomobil onunla yan-yana hərəkət edərək avtomobildə olan iki nəfərdən biri ona avtomobili saxlaması barədə işarə vermişdir. O, qorxub avtomobilin surətini 90-100 km-ə qədər qaldırmış və həmin avtomobildən uzaqlaşmışdır. Bir qədər sonra idarəetməni itirib yolun sağ tərəfindən aptekin qarşısında dayanmış «Hyundai» markalı avtomobilə çırpılmış və avtomobil aşaraq aptekin içərisinə girmişdir. O, həmin günü hadisədən 3-4 saat əvvəl 1 bakal pivə içmişdir. Heç bir yerdə işləmədiyini bildirərək barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 15 avqust 2022-ci il tarixdə idarə etdiyi «Hyundai Tucson» markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomobili Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində gedən yolun kənarında atası Haşım Rəsulovun işlətdiyi aptekin qarşısında saxlayaraq yaşadığı evə getmişdir. 16 avqust 2022ci il tarixdə, gecə saat 03:08-də aptekin mühafizəçisi zəng edərək «Daewoo» markalı avtomobilin onun idarə etdiyi avtomobili vurduğunu, sonra aptekin içinə daxil olaraq aptekə ziyan vurduğunu demişdir. Dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilməlidir. Buna görə də, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında protokol tərtib edən Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X2 göstərdi ki, Şəxs 16 avqust 2022-ci il tarixdə, saat 03:11-də «Daewoo Gentra» minik markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 02 sentyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunaraq barəsində inzibati tədbir görülməsi üçün Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsinə dair İXP seriyalı ******* nömrəli, 09 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə işdən iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 16 avqust 2022-ci il tarixdə, saat 03:11-də «Vaewoo Gentra» minik markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya» ETT Birliyinin 19 avqust 2022-ci il tarixli, 3021/K nömrəli rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi, etil spirtinin qatılığı – 1,37 %o təşkil edir. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs sərxo halda avtomobili idarə edərək yolhərəkəti iştirakçıları üçün təhlükə yaratmasını və onun əməlinin ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar