Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1392/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 2000-cı ildə Qobustan rayonu Cəmcəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Qobustan rayonu Cəmcəmli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaqçılar küçəsi, yeni sahədə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 09 sentyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 30 iyun 2022-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüquq olmayan şəxs kimi avtomobili idarə edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı X2 tərəfindən 11 iyul 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, Güləliyev Samir onun qohumudur.Həmin tarixdə o, oğlu Qasımla birgə onlara qonaq gəlmişdir.Qasım atasından maşının açarlarını aldıqdan sonra ona maşın sürməyi təklif etmişdir.Onun istməməsinə baxmayaraq, Qasım onu avtomobili sürməyə məcbur etmişdir.Avtomobillə hərəkətdə olduğu zaman o, idarəni itirmiş maşını qonşunun divarına vurmuşdur.Ziyanı ödəmək üçün vaxt istəmiş, lakin Samir vaxt verməmişdir.Hal-hazırda ziyanı ödəməyə imkanı olmadığını bildirdi. Barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 göstərdi ki, Şəxs onun dayısı oğludur. Onlarda qonaq olan zaman oğlu Qasım maşında oturmaq üçün ondan açarlarını almışdır.Təxminən 10 dəqiqə sonra Emil gələrək maşını vurduğunu və dəyən zərəri ödəyəcəyini bildirmişdir.Lakin heç bir ödəniş etmədi və Emilin valideynləri zərərin ödənilməsindən imtina etmişdirlər.Onun barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə burxdağını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə X3 məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırllığını, heç yerdə işləməməsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-in 322.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1392/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1392/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver