Məhkəmə qərarları › İş №3(003)-1393/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1393/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1393/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxx 1985-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 3 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 sentyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 08 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində onu polis şöbəsinə dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, Türkan qəsəbəsində 30 ildir atasından qalan evi təmir edirdi. xx.xx.2022-ci il tarixdə İcra Hakimiyyətinin nümayəndələri polis əməkdaşları ilə birlikdə gələrək həmin evi sökmüşlər. Avtomobili ilə oraya gedəndə yolda PPX-nin əməkdaşlarının avtomobilini görüb əl edərək saxlatmışdır. Onlara yaxınlaşaraq nəyə görə evini sökdüklərini soruşanda onlar cavab verməyərək çıxıb getmişlər. O, məsələyə aydınlıq gətirmək üçün İcra Nümayəndəliyinə getmişdir. Polis əməkdaşları oraya gələrək heç bir söz soruşmadan onu zorla maşına mindirərək polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir, polis şöbəsinə getmək lazım olduğunu desəydilər onlarla birlikdə gedərdi. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, Xəzər RPİ-nin PPXnin polis nəfəridir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına qanunsuz tikililərin sökülməsində kömək məqsədi ilə bir neçə nəfər əməkdaşla birlikdə Türkan qəsəbəsi, Üzümçülük Sovxozuna göndərilmişlər. Söküntü işləri bitəndən sonra xidməti əraziyə qayıdarkən şəxsiyyəti sonradan onlara məlum olan Şəxs idarə etdiyi avtomobili xidməti avtomobillərinin üzərinə sürərək saxlatdırmış, avtomobildən düşüb onlara yaxınlaşaraq yüksək səslə “siz kimsiniz, nə ixtiyarla evimi sökürsünüz” deyərək telefonla çəkiliş etməyə başladı. Onu nizam-intizama dəvət və şöbəyə getməyi təklif edəndə o, qaçaraq Türkan qəsəbə Nümayəndəliyinin binasına daxil olmuşdur. Şəxs arxasınca binaya daxil olaraq onlarla birlikdə polis şöbəsinə getməyi təklif edəndə narazılığını bildirərək əl-qol atmış, qanuni tələbimizə tabe olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPX-nin polis nəfəri X3 şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Türkan qəsəbəsi Üzümçülük Sovxozunda polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə baxmayaraq onlara qarşı tabesizlik göstərmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin PPX-nin polis nəfərləri Zamin Əskərov və Vüsal Yusiflinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə Türkan qəsəbəsi Sovxozda yerləşən qanunsuz tikililərin sökülməsi ilə əlaqədar İcra Hakimiyyətinin nümayəndələrinə kömək məqsədi ilə oraya getmişlər. Ev söküləndən sonra xidməti postlarına qayıdarkən **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onların qarşısını kəsərək sözlə hədələdiyinə görə onu 1-ci PŞ-nə dəvət etdikdə tabesizlik göstərmişdir. Həmin şəxs 1-ci PŞ-nə təmin edildikdən sonra onun Şəxs olduğu müəyyənləşdirilmişdir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 08 sentyabr 2022-ci il saat 17:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar