Məhkəmə qərarları › İş №3(003)-1399/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1399/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1399/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs xx.xx.1970-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: :Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı səhəri Xəzər rayonu Buzovna qəsəbəsində X1 idarə etdiyi “VAZ-2107" markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs idarə etdiyi "Kavasaki" markalı 10-B-951 dövlət qeydiyyat nişanlı motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 24 may.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXMnin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X8 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis mayori X3 tərəfindən 01 iyun 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, "VAZ-2107" markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, həmin avtomobillə Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətinə hərəkətdə olarkən yolun üzərində yerləşən "SOCAR" YDM-nə çatmamış sola dönmə əməliyyatı etmişdir. Həmin vaxt qarşı zolağın boş olmasına baxmadan hərəkətini davam etdirmiş və qarşı zolaqla hərkətdə olan motosiklet onun avtomobilinin arxa sağ qanadından dəymiş və sürücü yerə yıxılaraq xəsarət almısdır. Bundan sonra hadisə yerinə yol polisinin əməkdaşları gələrək, hadisə yerinin müayinəsi aparılmış, motosikletin sürücüsü – sonradan adını bildiyi Zərərçəkmiş şəxs hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə X6nə aparılmışdır. Zərərçəkmiş şəxs ondan sığorta üçün pul istəmiş, o isə maddi imkanının zəif olduğunu deyərək ona az-az məbləğdə pul ödəyə biləcəyini demiş, lakin zərərçəkmiş şəxs onunla razılaşmamışdır. Baş vermiş hadisədən peşmandır, fəhləlik edərək ailəsini birtəhər dolandırır, himayəsində 2 uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, "Kavasaki" markalı 10-B-951 dövlət qeydiyyat nişanlı mosikleti etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, həmin motosikletlə MaştağaBuzovna yolunda yerləșən “SOCAR” YDM-dən çıxmış və üzü Maștağa qəsəbəsi istiqamətinə 50-60 km/saat sürətlə hərəkət etməyə başlamışdır. O, 50-60 metr məsafə qət etmiş, qarşı zolaqdan sola doğru dönən “VAZ-2107” markalı avtobmobili görüb tez tormoza basmış, lakin motosiklet dayanmamış və həmin avtomobilin arxa yan hissəsindən dəymiş, bu zaman o, yerə yıxılaraq xəsarət almışdır. Daha sonra o, X6nə aparılmış və bir müddət müalicə olunduqdan sonra evə buraxılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç vaxt onunla maraqlanmamış və ona köməklik göstərməmişdir. Sığorta ona 5000 manat ödəmiş, Tibbi Sığorta da 750 manat ödəmişdir. Lakin onun motosikletinə dəyən ziyan 16000 manatdır. Buna görə də ona dəymiş ziyanın ən azı 50%-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə isə hər hansı inzibati tənbehin verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yolnəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarında olan Məhkəmə Tibbi ekspertizasının 17 may 2023-cü il tarixli 508 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin qançırı, sağ dizin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, müddətləri onun X6" X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cũ il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozułmasına səbəb olduqļarına görə bunlar Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Məhkəmə eyni zamanda qeyd edir ki, zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar