Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1403/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı iləü Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 və 592-1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən 05 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi və 592-1-ci maddəsi ilə 00800-00210/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən 14 aprel 2023-cü il tarixində J2 116 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yusifov X1 və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. Şəxs “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə, gömrük nəzarətindən keçərkən saxlanılaraq “Qırmızı Kanal”a yönləndirilmişdir. Şəxs məxsus yüklər rentgen qurğusunun lentinin üzərinə yerləşdirildikdən sonra qurğunun monitorunda təsbit olunan təsvirlərə əsasən çamadanlara baxış keçirilməsi zərurəti yaranmışdır. Yoxlama zamanı Şəxs məxsus olan, üzərində “Speed” yazısı olan qara rəngli çamadanin içərisindən qara sellofan paketin içərisinə yerləşdirilmiş vəziyyətdə onun tərəfindən təqdim edilən bəyənnamədə qeyd edilməyən, həmçinin gömrük orqanına əvvəlcədən şifahi qaydada bəyan edilməyən qutusuz və aksessuarsız şəkildə 1 ədəd üzərində “Mavic 3” yazısı olan dron aşkar edilmişdir. Aşkar edilmiş dron protokol əsasında götürülmüşdür. Qeyd olunan faktla bağlı aparılan araşdırma çərçivəsində həmin qurğunun gətirilməsinə dair xüsusi icazə tələb olunub-olunmaması, tələb olunduğu təqdirdə Şəxs tərəfindən xüsusi icazənin alınması üçün RİNN-nə müraciətin daxil olubolmaması barədə məlumat almaq məqsədilə 1900-013/0xx-xx/001734 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası RİNN-nə müraciət olunmuşdur. RİNN-dən Dövlət Mülki Aviasiya Agentliyinə daxil olmuş 3-27-102/2-1772/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs aşkar olunmuş 1 ədəd DJİ Mavic 3 markalı predmet Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında 2003-cü il 23 dekabr tarixli 565-İİQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya, pilotsuz uçuş aparatıdır (PUA). Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydalarına əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə tələb olunur və Şəxs tərəfindən cari tarixə qədər xüsusi icazənin alınmasına dair Nazirliyə müraciət daxil olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi və 592-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1403/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinmiş, inzibati xətanın bilavasitə obyekti olan 1 ədəd üzərində “DJİ Mavic 3” yazısı olan dron dövlət nəfinə müsadirə edilmişdir. Həmin qərardan Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 3(003)-1403/2023 nömrəli qərarı dəyişdirilməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Şəxs tərəfindən sübuta yetirilən inzibati xəta əməlinə münasibətdə 05 iyun 2023-cü il tarixində 00800-00210/23 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş qərarına düzgün hüquqi qiymət verilərək daha ciddi tənbeh tədbirinin tətbiqi üçün əsasların olmasını nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1697/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarı ilə Apellyasiya qaydasında şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1403/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarı, həmçinin həmin məhkəmənin hazırkı iş üzrə 13 iyun 2023-cü il tarixli inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, həmin qurğunun gətirilməsinə dair xüsusi icazə tələb olunmasını və bəyan edilməli olmasını bilməmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə Dubay şəhərində yerləşən Hava Limanına yola düşmüş, Hava Limanında olarkən bir nəfər tanımadığı şəxs ona qara rəngli sellofan bağlamanı Bakı şəhərindəki tanışına aparmağını xahiş etmiş və həmin bağlamanın içərisində dron aparatının olduğunu bildirmişdir. O, ona etiraz etməyərək həmin bağlamanı ondan götürüb çantasına qoymuş və təyyarəyə minmiş, xx.xx.2023-cü il tarixdə təyyarə Bakı Hava Limanına enmişdir. Təyyarə endikdən sonra o, baqaj yükünü götürərək əşyalarını bəyan etmək üçün “Yaşıl Kanal”da yerləşən otağa girmiş və özü üçün aldığı 1 ədəd “İphone” 14 pro max” markalı mobil telefonu yazılı bəyan etmiş, digər əşyalarını isə şifahi şəkildə gömrük əməkdaşına bildirmişdir. Otaqdan çıxdığı zaman 1 nəfər mülki geyimli, gömrük əməkdaşı olaraq tanıdığı Səfər adlı şəxs onu saxlayaraq gömrük yoxlamasından keçməyi üçün “Qırmızı Kanal”a yönləndirmişdir. Burada əşyalarını rentgen qurğusundan keçirmiş və bu zaman gömrük əməkdaşı ona qurğunun monitorunda ona məxsus çantanın içərisində şübhəli əşyaların təsvirlərinin əks olunduğunu bildirmiş və əşyalarına baxış keçirilməsi üçün onu yoxlama otağına dəvət etmişdir. Yoxlama otağında keçirilmiş baxış zamanı ona məxsus üzərində “Speed” yazısı olan qara rəngli çantanın içərisindən qara sellofan paketə yerləşdirilmiş vəziyyətdə qutusuz və aksesuarsız şəkildə 1 ədəd üzərində “Mavic 3” yazısı olan dron aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və tərəfindən imzalanmışdır. Onun dron aparatının ölkə ərazisinə gətirilməsi üçün icazəsi yoxdur, bəyan etməyi də unutmuşdur. Dron istifadəsi üçün xüsusi icazəsi olmadığına görə müsadirə edilməsinə etiraz etmir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 5/689-9/3756 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1. Rəyin “Tətqiqi hissəsi”nin 1-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş üzərində “DJİ Mavic 3” yazısı olan dronun işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 2.Təqdim edilmiş “DJİ Mavic 3” yazısı olan dronun istifadə olunub-olunmaması məhkəmə kompyuter texniki ekspertizanın həll etdiyi suallar dairəsinə aid olmadığından ekspertizanın təyini haqqında qərarda ekspert qarşısında qoyulmuş 1 ədəd təqdim edilən, üzərində “DJİ Mavic 3” yazısı olan dron istifadə olunmuşdurmu sualı üzrə tədqiqat işləri aparılmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “DJİ Mavic 3” yazısı olan dronun hazırkı vəziyyətdə (qutusuz və aksesuarsız) xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 2500,00 (iki min beş yüz) manat müəyyən edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1 və 592-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malın müsadirə edilməklə cərimə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 160,00 (bir yüz altmış) manat təşkil edir. Məhkəmə hesab edir ki, 160,00 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci Şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 26, 40, 43, 48- 51, 75, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan üzərində “DJİ Mavic 3” yazısı olan dron müsadirə edilməklə 150,00 (yüz əlli) manat məbləğdə cərimə edilsin. İş üzrə 160,00 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci Şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1403/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1403/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver