Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1404/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 06 iyun 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-247/2021 saylı 29 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2660,00 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X3 ödənilməlidir. Borclu heç bir üzrlü səbəb olmadan heç bir ödəniş etməyərək həmin icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6i İnzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra sənədi 23 oktyabr 2020-ci il tarixdə Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq icraya yönəldilmişdir. Borclu Şəxs barəsində İcra şöbəsinin icraatında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli icra sənədləri xx.xx.2022-ci il tarixdə bir icraatda birləşdirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin borclu heç bir ödəniş etmədiyinə və İcra şöbəsinə gəlməkdən yayındığına görə onun barəsində axtarış elan edilmişdir. 06 iyun 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu hazırda işləmədiyini, ayda aldığı cəmi 200 manat alimenti tələbkara verə biləcəyini, iş tapanda ödəniş edəcəyini bildirmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, hal-hazırda 10 və 14 yaşında iki azyaşlı uşaq anası olmaqla işləmir, maddi imkanı olmadığı üçün indiyə qədər heç bir ödəniş etməmişdir, hazırda ayda 200 manat aliment alır, həmin məbləği tələbkara verə bilər. Adında rəsmi qeydə alınmış heç bir daşınar və ya daşınmaz əmlakın, həmçinin banklarda hər hansı qiymətli kağız və ya pul vəsaiti yoxdur. Borcunu bir dəfəyə ödəyə bilmir, lakin ona müəyyən vaxt verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 göstərdi ki, borclu Şəxs müxtəlif bəhanələrlə icra sənədi üzrə olan 2660 manat borc məbləğini ödəməkdən indiyə qədər yayınmış, bu isə onun onsuz da çətin olan maliyyə vəziyyətini daha da ağırlaşdırmışdır. Ona görə də borcun tam ödənilməsini tələb edir. Əks təqdirdə isə borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində heç bir üzrlü səbəb olmadan icra vərəqəsini icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində iki azyaşlı uşağının olmasını və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1404/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1404/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver