Məhkəmə qərarları › İş №3(003)-1406/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1406/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1406/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ərizəsi ilə müraciət edərək bu işə baxıb qərara xitam verilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət düzgün tərtib olunmadığından, yəni aidiyyəti üzrə məhkəməyə verilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, X3 ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, qərar Bakı şəhər X6 idarəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayət verən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşayır, hüquqi şəxs Bakı şəhər X6 idarəsinin ünvanı isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar