Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1408/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Bakı şəhəri, Xəzər rayon, Polis İdarəsinin 2-ci Polis şöbəsinin, sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, evli, Ucar rayonu, Məlikballı kəndindəqeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu,N.Axundov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Azər Qarayev izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı, İslam Cəfərov və sahə inspektoru, polis leytenantı Bilab Piriyev tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş və raportla təhvil verilmişdir. Raportda qeyd olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Axundov küçəsində xidmətdə olarkən, bir nəfər şəxsin telefonla, uca səslə nalayiq ifadələr işlətdiyini görüb, yaxınlaşaraq, öz iradlarını bildirmişlər. İradlarını bildirərkən şəxsi sakitləşdirə bilməmişlər. Nəticədə həmin şəxs polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1996-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonunun Məlikballı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, N.Axundov küçəsində yaşayan Şəxsdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək, protokolda göstərilənləri təsdiq edərək törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. İnzibati qaydada tutma haqqında 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:50-də tutulmuşdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Axundov küçəsində Şəxs uca səslə nalayiq ifadələr işlədib, polisin qanuni tələblərinə əməl qoymayaraq, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törətdiyi əməlin təhlükəliliyini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 34.3-cü maddəsinə əsasən ona İXM-nin 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, onun 1 (bir) gün inzibati qaydada tutulması, təyin ediləcək cəza müddətinə hesaba alınmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 1 (bir) gün inzibati qaydada tutulması nəzərə alınsın və ona təyin edilmiş cəza 29 (iyirmi doqquz) gün olaraq hesab edilsin. İnzibati həbsdə saxlamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən saat 13:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(003)-1408/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1408/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver