Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1409/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2023-cü İl tarixdə Xəzər rayonu ərazisində Binə körpüsü-Hava Limanı yolunda sürücü Bаbауеv Vüqar Əliməmməd oğlunun idarə etdiyi “Kia” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü X2 idarə etdiyi “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində baş vermiş yol nəqliyat hadisəsi zamanı sürücü Şəxs, sürücü X6 və sərnişin X5 bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xəbərdarlıq olunmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, məhkəmə tibbi ekspertizası təyin edilmişdir və MTE-nın rəyinə əsasən məlum olmuşdur ki, sürücü Şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Baş vermiş yol nəqliyyat hadisəsi ilə "Toyota Prius” markalı **-BM-*** qeydiyyat nişanlı avtormobilin sürücüsü X4 Məhkəmə tibbi ekspertizası təyin edilmişdir və MTE-nin rəyinə əsasən məlum olmuşdur ki, sürücü X2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən xx.xx.2023cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Baş vermiş yol nəqliyyat hadisəsi ilə “Toyota Prius” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X3 Məhkəmə tibbi ekspertizası təyin edilmişdir və MTE-nın rəyinə əsasən məlum olmuşdur ki, X1 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 aprel 2023-cü il tarixli qərardan göründüyü kimi, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçən “Kia markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur, ayıqdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 aprel 2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, “Kia” markalı **- ER-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə AR İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilməsi, “Toyota Prius” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 əməlində AR İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından, sürücü X6 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərarın Xəzər DYPŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sərnişin X5 tərəfindən yazılan ərizədən göründüyü kimi, Şəxs qarşı heç bir şikayət və tələb yoxdur, dəymiş zərər ödənilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə zərərçəkmişlərə dəymiş zərərin ödənilməsi cəzanı yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1409/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1409/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver