Məhkəmə qərarları › İş №3(003)-141/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-141/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-141/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 yanvar 2021-ci il tarixli protokola əsasən Şəxs 23 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən anası X2 məxsus fərdi yaşayış evinin qarşısında səs-küy salmış, oraya gələn polis əməkdaşlarını nalayiq söyüşlərlə söyərək onlara qarşı tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, o, fəhləlik edərək ailəsini dolandırır və ayda orta hesabla 300-400 manat gəlir əldə edir. Alimentlə bağlı borcu olduğuna görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmuşdur. Maddi imkanı olmadığından kirayədə yaşadığı evdən ailəsi ilə birlikdə çıxmış və qalmağa yeri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində anası X1 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən fərdi yaşayış evinə gəlmiş və anasından qalmağa yer istəmişdir. Anası razı olmamış və buna görə aralarında mübahisə baş vermişdir. Həmin gün içkili olmuş və yüksək səslə danışdığına görə anası polisə zəng etmişdir. Mübahisə olan vaxt oraya qonşular da gəlmişdir. Sonradan polis əməkdaşları gələndə onlardan məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. O, polis əməkdaşlarını söyməmiş, onlara tabesizlik göstərməmişdir. Himayəsində 3 azyaşlı uşağının olmasını, onlardan 1 yaşında olan uşağının ağır xəstə olmasını nəzərə alaraq,barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə işüzrə zərərçəkmiş şəxs X5 göstərdi ki, oğlu Şəxs 12 ildir ki, onunla birlikdə yaşamır. Ailə qurduqdan sonra ailəsi ilə birlikdə başqa ünvanda yaşamışdır. O, özünə məxsus olan həyətyanı sahədən oğlu Şəxs 3 sot torpaq sahəsi ayırıb vermişdir. Lakin sonradan Elşad həmin torpaq sahəsini satmışdır. Bir neçə gün əvvəl Elşad onun yaşadığı evə gələrək ailəsi ilə qalmağa yeri olmadığını və ona torpaq sahəsi verməsini bildirmişdir. O isə razı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Şəxs içkili vəziyyətdə onun yaşadığı evə gəlmiş, darvazanı bərk döyərək nalayiq sözlər, söyüşlər söyərək evi yandıracağını demişdir. O da məcbur olub polisə zəng edərək məlumat vermişdir. Səs-küyə qonşular da gəlmişdir. Polis əməkdaşları gələndən sonra da Şəxs söyüş və nalayiq ifadələr işlətməkdə davam etmişdir. Törətdiyi əmələ görə Şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, o, 23 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən anası X2 məxsus fərdi yaşayış evinin qarşısında səs-küy salmış, söyüşlər söymüş, oraya gələn qonşular vəpolis əməkdaşlarının yanında nalayiq ifadələr işlətməsini davam etmişdir. Polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, buna əməl etməmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PŞ-nin sahə inspektoru Ülvi Quliyevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə Tamilla Rzayevanın şikayəti əsasında onun yaşadığı ünvana getmiş, orada Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs nizam-intizama dəvət etsələr dəo, buna əməl etməmişdir. Bu səbəbdə də həmin şəxs polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan 1/151 saylı xx.xx.2022-ci il tarixli saat 01:35-də tərtib edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparlan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu yüngül dərəcədə müəyyən edilmişdir. Məhkəmə Şəxsəməli etiraf etməməsini özünü müdafiə kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini, səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi hesab edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməli, məsuliyyətini ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:10-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 23 yanvar 2022-ci il tarixdən saat 23:10-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim ƏkrəmQəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar