Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1415/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 03 noyabr 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi X3, İstehsalı və Emalı Müəssisəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 28 oktyabr 2021-ci il və 29 oktyabr 2021-ci il tarixlərdə Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən 28 sentyabr 2021-ci il tarixdə saat 22:30 radələrində Xəzər RPİ 1ci PŞ-nin sahə inspektoru, polis leytenantı X5 və Xəzər RPİ 1-ci PŞ-nin baş əməliyyat müvəkkili X4 qəsəbəsi Xaşa-xuna bağ massivində xidmətdə olarkən “Oka” minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün oğurluq hadisələrinin törədilməsində və narkotik maddənin qəbulunda şübhəli bilindiyi üçün onu təqib etmişlər, bir qədər sonra həmin avtomaşının mühərriki söndüyündən sürücü düşüb qaçmaq istəyərkən onlar tərəfindən saxlanılmışdır. Bu zaman həmin şəxsi 1-ci PŞ-nə getməyi dəvət etdikdə o, getməyəcəyini bildirərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamağa cəhd etmişdir. Yenidən onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra, polis əməkdaşları fiziki qüvvə tətbiq edərək həmin şəxsi Polis Şöbəsinə gətirib təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs - Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X5 tərtib edilmiş protokolun məzmunlarına uyğun izahat verdi. Məhkəmə iclasında Xəzər RPİ 1-ci PŞ-nin baş əməliyyat müvəkkili X1 da oxşar, eyni məzmunlu izahat verərək Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X2 göstərdiklərini təsdiq etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, 28 oktyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq şübhəli bilindiyi üçün Qala qəsəbəsi Xaşaxuna bağ massivində polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarına tabe olmayaraq onlara müqavimət göstərmişdir. Əməlindən peşmandır, himayəsində beş azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli AZA 001504 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2021-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdə saat 23:00-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 03 noyabr 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi X3, İstehsalı və Emalı Müəssisəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdə saat 23:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1415/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1415/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver