Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-142/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X5 iştirakları ilə xx xxxxxx 1963-cü il tarixdə Masallı rayonu Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Nizami rayonu NZS qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 23 yanvar 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi X11 adlanan ərazidə 3-cü Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X8 tərəfindən 23 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X8 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, X2 RPİ 3-cü PŞ-nə müraciət edərək Şəxs adlı şəxsin ona məxsus olub Xəzər rayonu Binə qəsəbəsi X11 adlanan ərazidəki Qaraçöp adlanan yerdə tikdirdiyi, 0,04 ha torpaq sahəsində yerləşən evinə ailə üzvləri və qohumları ilə birlikdə özbaşına girərək həmin evi zəbt etdiyini, oraya gedərək evini tərk etməsini tələb etdikdə isə Şəxs onu söyüb-təhqir etdiyini, ona qarşı kobudluğa, zorakı hərəkətlərə yol verdiyini göstərib bu məsələnin həllinə köməklik göstərməsini xahiş etmişdir. 23 yanvar 2022-ci il tarixdə isə X7 ona zəng edərək Şəxs tərəfindən döyüldüyünü bildirmiş, tez hadisə yerinə gəlmələrini xahiş etmişdir. O da onun şikayəti əsasında icraatında material olduğu üçün əraziyə getmişdir. Həmin ərazidə çatanda Mirzə və Qadirin mübahisə etdiyini, uca sələ söyüşlər söydüyünü, ətrafda bu səsküyə toplaşan bir neçə nəfərin də olduğunu görmüş, onlara sakitləşmələrini bildirmişdir. Lakin Mirzə sakitləşmək istəməmiş və öz hərəkətlərini davam etdirmişdir. Mirzəyə müvafiq araşdırma aparılmasından ötrü 3-cü Polis Şöbəsinə getməsi təklif edilmiş, lakin o, bu qanuni tələbə tabe olmadığı üçün ərazidə xidmət aparan avtopatrulun əməkdaşlarını köməyə çağırmışdır. 3-cü PŞ-nin əməkdaşları “Dobla” maşını ilə əraziyə gələrək yenidən Mirzənin nizam-intizama dəvət etsələr də, o, yenə də hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabe olmamış, eyni zamanda polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bundan sonra, polis əməkdaşları həmin şəxsi 3-cü Polis Şöbəsinə gətirib təhvil vermişlər. Eyni zamanda Mirzənin qızını, daha sonra isə kürəkəni Taleh də onlara tabesizlik göstərdiyinə görə, onu da 3-cü Polis Şöbəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Təqaüddən yığdığı pulla Binə qəsəbəsində torpaq axtarıb tapmış, 2015-ci ildə Bahar adlı xanımla tanış olmuşdur. Baharın ona təklif etdiyi və Xəzər rayonu Binə qəsəbəsi X11 adlanan ərazidəki Qaraçöp adlanan yerdə yerləşən 0,04 ha torpaq sahəsi bələdiyyə sənədi əsasında onun anası Sona xanıma məxsus olmuşdur. Aralarında razılaşdıqları məbləği Sona xanıma vermiş, o da ona həmin torpaq sahəsinə dair baş etibarnamə vermişdir. 2016-cı ildə həmin torpağa 1 maşın daş tökdürmüşdür. Bahar xanım orada qonşuluqda yerləşən evində yaşayırmış, o da Baharın evinin yanında sözügedən torpaq sahəsində qonşuların köməkliyi ilə tikinti aparmışdır. Maddi imkanı zəif olduğu üçün tikintini tez bir müdətdə başa çatdıra bilməmiş və tikinti 4 il davam etmişdir. Orada yaşayan qonşuların heç biri Mirzəni və ya onun ailə üzvlərini orada görməmişlər və onları tanımırlar. Həyətə girişdə darvaza qoymağa maddi imkanı olmamış, sadəcə dəmir listlər qoymuş, hələlik isə evdə yaşayış olmamışdır. Qonşu ona zəng vuraraq həmin evin həyətindən 2 gündür səs gəldiyini deyib torpaq sahəsini və evi satıb-satmamasını soruşmuşdur. Buna görə də o, həyətinə gələrək orada bir neçə nəfər şəxsin ocaq qalayıb ətrafına yığışdığını görmüşdür. Onlardan kim olduqlarını və burada nə etdiklərini soruşmuş, həmin vaxt Mirzə ona bildirmişdir ki, Bahar torpağı səhvən ona satıb, bu mülk Bahara yox, onun özünə məxsusdur. Bahar oradakı evini satıb getmişdir. Həmin vaxt Mirzə ona yüksək səslə tikiliyə girə bilməyəcəyini bildirdikdə qonşular səsə gəlmişlər. Mirzə uca səslə onu söyüb təhqir etmiş, Mirzənin kürəkəni Taleh isə onun üstünə balta ilə gələrək onunla mübahisə etmişdir. Bundan sonra Mirzənin kürəkəni onun üstünə hücum edərək təhqir etmişdir. Həmçinin, Mirzənin qızı da onu təhqir etmişdir. Bununla bərabər, Mirzəgil Bahara da nalayiq söyüşlər söymüşlər. O da onlardan tələb etmişdir ki, tikdirdiyi evi tərk etsinlər və qalan məsələləri qanuni yolla həlli etsinlər. Lakin Mirzəgil oradan çıxmırlar və hətta otaqların birinə plastik pəncərə də quraşdırmışlar. Hazırda Mirzə ora it bağladığı üçün o, tikdirdiyi evə girə bilmir. Buna görə də o, şikayətlə polisə müraciət etmiş, Mirzəgil isə hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf etməyərək göstərdi ki, 2000-ci ildən bu torpağı qardaşı ilə alaraq hər birinə 2 sot düşməklə bölmüşlər. Tikməyə imkanları olmamışdır. Sona əvvəllər ondan pul almışdır ki, torpağa sənəd düzəldəcəkdir. 2012-ci ildə torpağa layihə çəkdirmişdir. O, Zaqatala rayonuna işləməyə getdikdən sonra eşitmişdir ki, Bahar torpağı satmışdır. Həmin torpaq sahəsi ona məxsus olduğuna görə o, öz ailə üzvləri və qohumları ilə sözügedən evə girmişdir. X1 təhqir etməmiş və ona qarşı heç bir zorakılıq göstərməmişdir. Polis işçilərinə heç bir müqavimət göstərməmiş, yalnız bildirmişdir ki, onun vəkili vardır, vəkilinin iştirakı ilə məsələ araşdırılmalıdır. Polislər onu 3-cü PŞ-nə dəvət etdikdə isə heç bir tabesizlik göstərməmiş və polislərin hadisə yerinə çağırdıqları maşına əyləşib 3-cü PŞ-nə getmişdir. Polis əməkdaşları eyni zamanda onun qızını da öz maşınları ilə 3-cü PŞ-nə aparmış, daha sonra isə kürəkəni Talehi də oraya gətirmişlər. Özünü qətiyyən təqsirli hesab etmir, hesab edir ki, bu məsələ hüquqi müstəvidə həll olunmalıdır, buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vəkili X9 oxşar izahat verdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun vəkilin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 48-51, 75, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1963-cü il tarixdə Masallı rayonu Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Nizami rayonu NZS qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-142/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-142/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver