Məhkəmə qərarları › İş №3(003)-1421/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1421/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1421/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakları ilə X2 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 28 dekabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək ona məxsus və idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək bildirdi ki, 2020-2022-ci illərdə müxtəlif yerlərdə avtomobilinin şəkilləri kamera vasitəsi ilə qanunsuz çəkilmişdir. Cərimənin necə və nə formada olmasını araşdırdığı zaman müəyyən etmişdir ki, foto 27 dekabr 2019cu il tarixdə, saat 22:03:57-də Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, Caspian Plazanın yanında dayanma və ya durma qaydalarının pozulması ilə bağlı olmuş və kamera vasitəsi ilə çəkilmişdir. Lakin İXM-nin 124.5 və 124.6-cı maddəsinə əsasən onun iştirakı olmadan aparılmış foto və ya video çəkiliş avtomobilin ön, arxa və yandan çəkilərək qərarın surətin avtomobilin ön şüşəsinə qoyulmalıdır. Bu protokol isə qanuna ziddi tərtib olunmuşdur. Qərarı nə vaxt alması yadında deyildir, həm də, işlədiyi üçün qərardan vaxtında şikayət edə bilməmişdir. Sonradan cərimənin silinməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə şikayət etmiş, Bakı Nəqliyyat Agentliyi isə cərimənin silinməsi ilə əlaqədar kömək etmək əvəzinə şəhər kameraları vasitəsi ilə çəkilən şəkilləri ona göndərərək şəkillərin bort komputer vasitəsi ilə çəkildiyini, şəkillərin və yazılan cərimələrin qanuni olduğunu qeyd etmişdir. Bundan sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək bildirdi ki, X4 idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobili ilə 27 dekabr 2019-cu il tarixdə, saat 22:03:57-də Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, Caspian Plazanın yanında dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Pozuntu kamera vasitəsi ilə qeydə alınmış və bununla bağlı iş materiallarında fotoşəkillər mövcuddur. Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı X2 elektron kabinetdə olan mobil telefon nömrəsinə göndərilmiş və mərkəzi informasiya sistemində həmin məlumatların 19 may 2020-ci il tarixdə çatdırıldığı göstərilmişdir. X1 inzibati tənbeh vermə haqqında qərardan 20 günlük şikayət vermə müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 28 dekabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil ilə 27 dekabr 2019-cu il tarixdə, saat 22:03:57-də Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, Caspian Plazanın yanında dayanma və ya durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobillə 27 dekabr 2019-cu il tarixdə, saat 22:03:57-də Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, Caspian Plazanın yanında dayanma və ya durma qaydasını pozmuşdur. İş materiallarına əlavə olunmuş Protokolun çatdırılma formundan görünür ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar 99470 ***-**-** mobil nömrəsinə 19 may 2020-ci il tarixdə, saat 12:27:19-da SMS vasitəsi ilə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş şikayət ərizəsindən görünür ki, X4 şikayətdə mobil nömrəsini ***-***-**-** və ***-***-**-** olaraq qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmədə müəyyən olundu ki, X4 idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobillə 27 dekabr 2019-cu il tarixdə, saat 22:03:57-də Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, Caspian Plazanın yanında dayanma və ya durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Həmin pozuntu fotoşəkillər ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, BNA seriyalı ******* nömrəli, 28 dekabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar X2 ***-***-**-** mobil nömrəsinə 19 may 2020ci il tarixdə, saat 12:27:19-da SMS vasitəsi ilə çatdırılmışdır. X1 qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 20 gün müddəti ötürmüş və qərardan şikayət vermə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 28 dekabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar