Məhkəmə qərarları › İş №3(003)-1425/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1425/2024

22.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1425/2024 22.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, işləməyən, Kəlbəcər rayonu Zülfüqarlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala stansiyası YYS nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 22 iyun 2024-cü il tarixli protokola əsasən Şəxs 21 iyun 2024-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində küçədə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 22 iyun 2024-cü il tarixli protokola əsasən Şəxs 21 iyun 2024-cü il tarixdə saat 18:30 radələrində Xəzər rayonu, Qala qəsəbəsində ictimai yerdə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib edən Xəzər RPİ-nin 1ci PŞ-nin sahə inspektoru Pərviz Aslanov göstərdi ki, 21 iyun 2024-cü il tarixdə Qala qəsəbəsində xidmət apararkən sonradan adını bildiyi Şəxs küçədə telefonla danışaraq nalayiq ifadələr işlətmiş, ictimai asayişi pozmuşdur. Ona yaxınlaşıb irad bildirərkən heç bir məhəl qoymayaraq əməlini davam etdirmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşlarından köməyə çağırmağa məcbur olaraq Şəxs şöbəyə aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində Qala qəsəbəsində stansiya adlanan ərazidə telefonla danışarkən nalayiq ifadələr işlətmişdir. Əcəbi olduğuna görə ona yaxınlaşan sahə inspektorunun iradlarına məhəl qoymayaraq əməlini davam etdirmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 21 iyun 2024-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində küçədə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. Məhkəmə Şəxs əməlləri etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:45-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 21 iyun 2024-cü il tarixdən saat 18:45-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar