Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-143/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil iştirakları ilə Şəxs xx xxxxx 1987-ci ildə Qəbələ rayonu, Böyük Pirəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Böyük Pirəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İ.Həbibov küçəsi fərdi yaşayış evində yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 yanvar 2022-ci il tarixli protokola əsasən Şəxs 23 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Sovxozda küçədə təhqiramiz ifadələr işlədərək dəfələrlə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-143/2022 nömrəli, 24 yanvar 2022ci il tarixli qərarı ilə (Hakim Tərlan Əkbərov) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-462/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-143/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarın ləğvi üçün əsas olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən barəsində qərar çıxarılmış şəxs Şəxs inzibati xətanı törətməsini təkzib, yaxud təsdiq edən sübutlar tədqiq edilmədən əsassız qərar qəbul edilmiş, həmçinin məhkəmənin hakimi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Belə ki, iş materiallarında olan sübutlardan Şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı inzibati xəta törətməsi, xırda xuliqanlıqla bağlı ictimai qaydanı pozan inzibati xətanı, polis işçisinin mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamaqla bağlı inzibati xəta törətməsi barədə mötəbər sübutlar yoxdur. İnzibati xətaya dair protokolu tərtib etmiş səlahiyyətli şəxs və brinci instansiya məhkəməsi tərəfindən isə Şəxs tərəfindən ona istinad edilən inzibati xətaların baş verməsini təsdiq edən, hadisənin şahidi olmuş, tərəflər arasında mövcud olmuş mübahisə ilə bağlı marağı olmayan şahidlərin izahatları alınmamış, ictimai qaydanın pozulmasının nədə ifadə olunmasını təsdiq edən sübutlar toplanmamışdır. Birinci instansiya məhkəməsi Şəxs tərəfindən ona istinad edilən inzibati xətaları törətməsini təsdiq edən sübut kimi yalnız Zərərçəkmiş şəxs izahatına istinad edib, həmin izahatı inandırıcı hesab etmişdir. Halbuki Zərərçəkmiş şəxs izahatında “Mirzənin kürəkəni Talehin isə onun üstünə balta ilə gələrək onunla mübahisə etməsini, bundan sonra Mirzənin kürəkəni onun üstünə hücum edərək təhqir etməsi”ni göstərmişdir. Zərərçəkmiş şəxs qeyd olunan izahatı əsas götürülərsə, burada ona qarşı “zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi”ndən bəhs edilir ki, bu da inzibati qaydada deyil, cinayət mühakimə icraatı qaydasında məsuliyyətin yaranmasına səbəb olan əmələ dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinin dispozisiyasında xırda xuliqanlığın yalnız, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilməyən hallarda ictimai qaydanı pozan hərəkətlərin həmin inzibati xətanın tərkibinin yaranması müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan, natamam sübutlara əsasən Şəxs inzibati xətanı törətməsinə dair təqsirli olması barədə nəticəyə gəlmişdir. İnzibati material yenidən araşdırılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə qaytarılarkən qərarda yeni məhkəmə baxışında, yuxarıda göstərilən hallar o, cümlədən Şəxs hadisə baş verən vaxtı işdə olub-olmadığı, Zərərçəkmiş şəxs qarşı törətdiyi inzibati xətanın, xırda xuliqanlıqla bağlı ictimai qaydanı pozan inzibati xətanın, polis işçisinin mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamaqla bağlı inzibati xəta törətməsinin nədən ibarət olmasının araşdırılması, iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X2 izahatında göstərdiyi köməyə çağırılmış avtopatrul əməkdaşlarının şəxsiyyətin müəyyən edilib şahid qismində dindirilməsi, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsini təkzib, yaxud təsdiq edən sübutların tədqiq edilməsi, həmin şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmaması ilə bağlı hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq, bundan sonra toplanmış sübutlar əsasında qanuni və ədalətli qərar qəbul edilməsi öz əksini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, 23 yanvar 2022-ci il tarixdə işdə olduğu zaman arvadı Pərvanə ona zəng edərək tanımadığı şəxslərin qapını möhkəm döydüyünü bildirmişdir. O, arvadına qapını açmamasını tapşırmış və təxminən 30-40 dəqiqə sonra evə gəlmişdir. Həmin vaxt atası Şakir orada olmuşdur. Atası bildirmişdir ki, polis əməkdaşları əvvəl qaynatası Mirzəni, sonra isə arvadı Pərvanəni 3-cü Polis şöbəsinə aparmışlar. O, yolda olarkən Qadir ona zəng edərək dost olmağı təklif etmişdir. Onun əvvəl Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu adlanan ərazidəki Qaraçöp adlanan yerdə yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı Qadirlə mübahisələri olmuşdur. Həmin torpaq sahəis qaynatası Mirzəyə məxsus olmuşdur. 2012-2014-cü illərdə qaynatası həmin torpaq sahəsində ev tikmiş, lakin damını vurmamışdır. 2017-2018-ci ildə həmin torpaq sahəsinə baş çəkərkən orada olan onlara məxsus tikilinin sökülərək həmin torpaq sahəsində Qadir, Hafiz və Etibar qardaşlarının ev tikdiklərini görmüşdür. Lakin ev yaşamaq üçün yararlı olmamışdır. 2022-ci ildə onlar həmin evi təmir edərək yanvar ayından özü, arvadı və iki uşağı ilə birlikdə yaşamağa başlamışlar. Polis əməkdaşları arvadını və qaynatasını polis şöbəsinə apardıqları üçün DİN-nin 102 xidmətinə zəng etmişdir. Həmin vaxt orada çöldə atası Şakirdən başqa Qadir və Etibar da, olmuşdur. O, atasını içəri çağıraraq qapını içəridən bağlamışdır. Bir qədər sonra adlarının Fərid və Bəhruz olduğunu bildiyi polis əməkdaşları mülki geyimdə gələrək onun qapısını möhkəm döymüşlər. O, qapını açdıqdan sonra həmin polis əməkdaşları özlərini təqdim etmədən və heç bir səbəb bildirmədən onu döyə-döyə hadisə yerinə çağırdıqları maşına əyləşdirib 3cü Polis şöbəsinə aparmışlar. Həmin vaxt polis işçilərinə heç bir müqavimət göstərməmişdir. Şöbədə arvadını çöldə gözlətmişlər, onu və qaynatasını isə bir gün saxladıqdan sonra buraxmışlar. O, hadisə baş verən günü Zərərçəkmiş şəxs söyüb təhqir etməmiş və ona qarşı heç bir zorakılıq göstərməmişdir. Təqsirinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Təqaüddən yığdığı pulla Binə qəsəbəsində torpaq axtarıb tapmışdır. 2015-ci ildə tanış olduğu Bahar adlı xanımın ona təklif etdiyi Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu adlanan ərazidəki Qaraçöp adlanan yerdə yerləşən 0,04 ha torpaq sahəsi bələdiyyə sənədi əsasında onun anası Sona xanıma məxsus olmuşdur. Aralarında razılaşdıqları məbləği Sona xanıma vermiş, o da ona həmin torpaq sahəsinə dair baş etibarnamə vermişdir. 2016-cı ildə həmin torpağa 1 maşın daş tökdürmüşdür. Bahar xanım orada qonşuluqda yerləşən evində yaşamışdır. O, da Baharın evinin yanında sözügedən torpaq sahəsində qonşuların köməkliyi ilə tikinti aparmışdır. Maddi imkanı zəif olduğu üçün tikintini tez bir müdətdə başa çatdıra bilməmiş və tikinti 4 il davam etmişdir. Orada yaşayan qonşuların heç biri Mirzəni və ya onun ailə üzvlərini orada görməmişlər və onları tanımırlar. Həyətə girişdə darvaza qoymağa maddi imkanı olmamış, sadəcə dəmir listlər qoymuş, hələlik isə evdə yaşayış olmamışdır. Qonşu ona zəng vuraraq həmin evin həyətindən 2 gündür səs gəldiyini deyib torpaq sahəsini və evi satıb-satmamasını soruşmuşdur. Buna görə də o, həyətinə gələrək orada bir neçə nəfər şəxsin ocaq qalayıb ətrafına yığışdığını görmüşdür. Onlardan kim olduqlarını və burada nə etdiklərini soruşmuş, həmin vaxt Mirzə ona Baharın torpağı səhvən ona satdığını, bu mülkün Bahara yox, onun özünə məxsus olduğunu bildirmişdir. Bahar oradakı evini satıb getmişdir. Həmin vaxt Mirzə ona yüksək səslə tikiliyə girə bilməyəcəyini bildirdikdə qonşular səsə gəlmişlər. Mirzə uca səslə onu söyüb təhqir etmişdir. Bununla bərabər, Mirzəgil Bahara da, nalayiq söyüşlər söymüşlər. O, da onlardan tikdirdiyi evi tərk etmələrini tələb etmiş və qalan məsələləri qanuni yolla həll etmələrini bildirmişdir. Lakin Mirzəgil oradan çıxmırlar və hətta otaqların birinə plastik pəncərə də, quraşdırmışlar. Hazırda Mirzə ora it bağladığı üçün o, tikdirdiyi evə girə bilmir. Buna görə də o, şikayətlə polisə müraciət etmiş və post patrul maşını gələrək Mirzəni aparmışlar. Həmin vaxt Mirzənin kürəkəni Taleh gəlmişdir. Taleh gələndə artıq digər polis əməkdaşları onun arvadını da, aparmışlar. Taleh səs-küy salaraq nə üçün polis əməkdaşlarının qaynatasını və arvadını apardığını, torpaq sahəsinin ona məxsus olduğunu demişdir. Polis əməkdaşı Bəhruz və digər əməkdaşları Talehi sakitləşdirmək istəsələr də, Taleh onları DİN-nin 102 xidmətinə zəng edəcəyi ilə hədələmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Ona görə də, həmin polis əməkdaşları post patrul avtomaşını ilə Talehi də, polis şöbəsinə aparmışlar. Hadisə həyətdə yox, çöldə baş vermişdir. Taleh onun üzərinə hücum edərkən əlində ağac və balta olsa da, onu vurmamışdır. Məhkəmə iclasında şahid X7 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü Polis şöbəsinin sahə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Xəzər RPİ 3-cü Polis şöbəsinə müraciət edərək X3 adlı şəxsin ona məxsus olub Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu adlanan ərazidəki Qaraçöp adlanan yerdə tikdirdiyi 0,04 ha torpaq sahəsində yerləşən evinə ailə üzvləri və qohumları ilə birlikdə özbaşına girərək həmin evi zəbt etdiyini, oraya gedərək evini tərk etməsini tələb etdikdə isə Mirzə Yusifovun onu söyüb-təhqir etdiyini, ona qarşı kobudluğa, zorakı hərəkətlərə yol verdiyini göstərib bu məsələnin həllinə köməklik göstərməsini xahiş etmişdir. 23 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək Mirzə Yusifov tərəfindən döyüldüyünü bildirmiş, tez hadisə yerinə gəlmələrini xahiş etmişdir. O, da onun şikayəti əsasında icraatında material olduğu üçün əraziyə getmişdir. Həmin ərazidə çatanda Mirzə və Qadirin mübahisə etdiyini, uca səslə söyüşlər söydüyünü, ətrafda bu səs-küyə toplaşan bir neçə nəfərin olduğunu görüb onlara sakitləşmələrini bildirmişdir. Lakin Mirzə sakitləşmək istəməmiş və öz hərəkətlərini davam etdirmişdir. Mirzəyə müvafiq araşdırma aparılmasından ötrü 3-cü Polis şöbəsinə getməsi təklif etmiş, lakin o, bu qanuni tələbə tabe olmadığı üçün ərazidə xidmət aparan avtopatrul əməkdaşlarını köməyə çağırmışdır. 3-cü Polis şöbəsinin əməkdaşları “Dobla” maşını ilə əraziyə gələrək yenidən Mirzəni nizam-intizama dəvət etsələr də, o, yenə də öz hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabe olmamış, eyni zamanda polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bundan sonra, polis əməkdaşları həmin şəxsi 3-cü Polis şöbəsinə gətirib təhvil vermişlər. Həmin vax Mirzənin qızı səs-küy salaraq onları təhqir etdiyindən onu da, polis şöbəsinə aparıb hadisə yerinə qayıtmışlar. Orada Mirzənin kürəkəni Taleh də, onlara tabesizlik göstərdiyinə və vətəndaşları təhqir etdiyinə görə onu da, 3-cü Polis şöbəsinə gətirib təhvil vermişlər. Həmin vaxt orada 3-cü Polis şöbəsinin sahə inspektoru Fərid Hüseynli, iki nəfər post patrul əməkdaşı və Talehin atası olmuşdur. O, törətdiyi inzibati xətaya görə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 23 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid X4 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 23 yanvar 2022-ci il tarixdə 3-cü Polis şöbəsinin sahə rəis X9 rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu adlanan ərazidəki Qaraçöp adlanan yerə getmişdir. Həmin vaxt Mirzə adlı şəxsin uca səslə söyüşlər söydüyünü, ətrafda bir neçə nəfərin toplaşdığını görüb sakitləşməsintələb etmişlər. Lakin Mirzə sakitləşməyərək öz hərəkətlərini davam etdirmişdir. Ona 3-cü Polis şöbəsinə getməyi təklif etmişlər, lakin onların qanuni tələbinə tabe olmadığı üçün avtopatrul əməkdaşlarını köməyə çağırmışdır. 3-cü Polis şöbəsinin əməkdaşları gələrək Mirzəni nizam-intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmadığından onu aparıb 3-cü Polis şöbəsinə gətirib təhvil vermişlər. Bundan sonra həmin yerə qayıdaraq Talehin arvadını 3-cü Polis şöbəsinə aparmışlar. Sonradan Taleh adlı şəxsin söyüşlər söyərək səs-küy salması barədə məlumat daxil olduğundan yenidən Bəhruzla həmin yerə qayıtmışlar. Həmin vaxt orada post patrul əməkdaşları, Qadir, Taleh və Talehin atası olmuşdur. Taleh orada söyüşlər söydüyündən atası Şakir ona iradını bildirmişdir. Lakin Taleh atasının iradlarına məhəl qoymadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Talehi nizam-intizama dəvət edərək polis şöbəsinə getməyi təklif etsələr də, Taleh onlarla mübahisə edərək qanuni tələblərinə tabe olmadığından onu post patur maşını ilə 3-cü Polis şöbəsinə aparmışlar. Həmin vaxt Talehin əlində əşya olsa da, hansı əşya olduğunu xatırlamır. Məhkəmə iclasında şahid X5 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində işləyir. 23 yanvar 2022-ci il tarixdə efir vasitəsi ilə Fərid və Bəhruz adlı polis əməkdaşlarına kömək lazım olduğu barədə məlumat daxil olmuşdur. Həmin yerə gedəndə bir nəfər ağsaqqal bir kişinin mübahisə edərək orada səs-küy saldığını görüb onu 3-cü Polis şöbəsinə aparmışlar. Bundan 30 dəqiqə-1saat sonra efirlə təkrar olaraq həmin yerə getməyi bildirmişlər və onlar həmin yerə gəlmişlər. Orada bir nəfərcavan oğlan polis əməkdaşları ilə mübahisə etdiyinə görə oğlanın atası oğluna irad bildirmişdir. Lakin həmin şəxs atasının iradlarına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşlarına tabe olmayaraq onlarla şöbəyə getmək istəməmişdir. Sonra onlar həmin şəxsi də, aparıb şöbəyə təhvil vermişlər. Həmin şəxsin əlində nə isə olsa da, nə olmasını xatırlamır. Həmin vaxt orada 3- 4 nəfər kənar şəxslər də, olmuşdur. Məhkəmə iclasında şahid X3 göstərdi ki, Pərvanə Daşdəmirova onun doğma qızı, Taleh isə qızının əridir. 23 yanvar 2022-ci il tarixdə səhər saatlarında qızıgilə getmişdir. Həmin vaxt Qadir küçədə qızıgil yaşadığı evin darvazasının qarşısında küçədə dayanmışdır. O, küçədə nalayiq ifadələr işlətməmiş, heç kimlə mübahisə etməmiş və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Həmin yerə gələn polis əməkdaşları onu 3-cü Polis şöbəsinə aparmışlar. Bundan 15-20 dəqiqə sonra şöbənin dəhlizində qızının səsini eşitmişdir. Təxminən 1 saat sonra isə Talehi şöbəyə gətirmişlər. Məhkəmə iclasında şahid X1 göstərdi ki, Taleh onun əridir. 23 yanvar 2022-ci il tarixdə atası Mirzə onlara gəlmişdir. Onların torpaq bağlı əvvəllər də, mübahisə olmuşdur. Həmin günü çöldə söhət etmişlər, sonra qapı döyülmüş və qapını açmağı tələb etmişlər. Ona görə də, o Talehə zəng etmiş və Taleh DİN-nin 102 xidmətinə zəng etməyi demişdir. O, telefonla danışa-danışa qapını açmışdır. Bu zaman səkkiz nəfər şəxs içəri daxil olmuşdur. Sonradan mülki geyimdə olan şəxslərdən ikisinin polis əməkdaşı olduğunu bilmişdir. Həmin vaxt çöldə də, polis əməkdaşları və post patrul maşını olmuşdur. Digər şəxslər isə Qadir və onunla gələn tanımadığı şəxslər olmuşlar. Həmin vaxt atasının harada getdiyini bilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirəndə atasının orada olduğunu görmüşdür. Sonra polis əməkdaşları əri Talehi də, şöbəyə gətirmişlər. Onu 4-5 saat polis şöbəsində saxladıqdan sonra heç bir izahat almadan sərbəst buraxmışlar. Əri və atasını isə bir gün polis şöbəsində saxladıqdan sonra məhkəməyə aparmışlar. Xəzər rayon Məhkəməsində ərinin işinə baxaraq cərimə etmişlər. Lakin Bakı Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edərək işə yenidən baxmaq üçün Xəzər rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, apellyasiya məhkəməsinin qərarında qeyd edilmiş bütün halları tam və obyektiv araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs 23 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Sovxozda küçədə təhqiramiz ifadələr işlədərək dəfələrlə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş vermiş hadisənin şahidi olmuş 3-cü Polis şöbəsinin sahə inspektoru X4, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri X5, Şəxs arvadı Pərvanə Daşdəmirova və qaynatası Mirzə Yusifov şahid qsimində dindirilmişlər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsini təkzib edən sübutlar müəyyən edilməmiş, əksinə tədqiq edilmiş sübutlarla Şəxs qeyd edilən inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Ona görə də, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qyimətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs iki uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, onun barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-143/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-143/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver