Məhkəmə qərarları › İş №3(003)-1434/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1434/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1434/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-995/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, alimentin tutulması xx xxxxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-995/2019 saylı xx xxxxxx 2019cu il tarixli icra vərəqəsini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-995/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2017ci il təvəllüdlü X7 və xx xxxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, alimentin tutulması xx xxxxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında aliment borcunu hazırda maddi imkanının olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Hal-hazıra qədər borclunun tələbkara 1721 manat aliment borcu yaranmışdır. Məhkəmənin gedişində borclu aliment borcundan 1000 manat ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 göstərdi ki, borclu Şəxs uşağın saxlanması üçün tutulmalı olan aliment məbləğini vaxtlı-vaxtında ödəmədiyindən hazırda onun 1721 manat aliment borcu yaranmışdır. Şəxs hər ay ödəməli olduğu 320 manat alimenti borcunu da ödəmir. Məhkəmə baxışı zamanı borclu ona 1000 manat ödəniş edərək qalan məbləği də yaxın 2 ay ərzində ödəyəcəyi, həmçinin bundan sonra aylıq aliment borcunu müntəzəm ödəyəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Ona görə də o, şikayətini geri götürür və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı tələbkara 1000 manat ödəniş edərək onunla barışmış, qalan məbləği də yaxın 2 ay ərzində ödəyəcəyi, həmçinin bundan sonra aylıq aliment borcunu müntəzəm ödəyəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Ona görə də onun barəsində olan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 1721 manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 1000 manat ödəniş etmiş, qalan məbləği də yaxın 2 ay ərzində ödəyəcəyi, həmçinin bundan sonra aylıq aliment borcunu müntəzəm ödəyəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar