Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1436/2020 22.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs polis baş leytenantı X2 Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci Naxçıvan MR-nın Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Naxçıvan MR-nın Sədərək rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 protokolda yazılanları təsdiq edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində 3-cu PB-nə Binə qəsəbəsi Ə.İsazadə küçəsində içkili vəziyyətdə biri-biri ilə mübahisə edərək, biri-birinə xəsarət yetirdikləri və ucadan söyüş söydükləri üçün polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman hazırda barəsində inzibati icraat aparılan şəxs polisin qanuni göstərişlərinə əməl etməyərək polis əməkdaşları münbahisə etmiş və polis əməkdaşına məxsus uniformanı cırmışdır. Bundan sonra həmin şəxsi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirmişdir. Şöbədə olarkən həmin şəxsin Şəxs olduğu müəyyən edilmişir. Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində kafedə içki icdikdən sonra X5 ilə aralarında mübahisə yaranmış, polis əməkdaşları onlara yaxınlaşarkən aralarında mübahisə yaranmışdır. Hazırda törətdiyi əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş polis baş leytenantı X6 verdiyi ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində Xəzər rayonu Binə qəsəbəsi, Ə.İsazdə küçəsində kamendat saatı ilə əlaqədar xidmət apararkən 2 nəfər şəxsin, sonaradn adları məlum olan Şəxs və X3 içkili vəziyyətdə bir-birilə mübahisə edərək xəsarət yetirdiklrini və ucadan söyüş söydüklərini aşkar etmişdir. Həmin şəxslərə yaxınlaşarkən onlar qanuni tələblərinə məhəl qoymadan qaçmağa başlamış, həmin şəxslər saxlanılaraq sakitliyə dəvət edilsədə onların ünvanlarına nalayiq sözlər işlətməklə, müqavimət göstərərək formalarına əl atraq formasını cırımışdılar. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları, zərərçəkmişin ifadəsi və işüzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onu nizam-intizama dəvət etməklə bağlı polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1/4905 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərcəsi orta sərxoşluq vəziyyəti aşkar edilmişdir. Tibbi müayinə saat 00:00-da keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxstörətdiyi əməldən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs əməlində onun inzibati xəta üzrə məsuliyyətini ağırlaşdıranhallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən saat 00:30-dan hesablansın. Qərardan 03 (üç) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1436/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1436/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver