Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1436/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 22 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək ona məxsus və idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək bildirdi ki, 2020-2022-ci illərdə müxtəlif yerlərdə avtomobilinin şəkilləri kamera vasitəsi ilə qanunsuz çəkilmişdir. Cərimənin necə və nə formada olmasını araşdırdığı zaman müəyyən etmişdir ki, foto 22 yanvar 2022ci il tarixdə, saat 19:15:33-də Təbriz küçəsi-M.Məmmədzadə küçəsinin kəsişməsində dayanma və ya durma qaydalarının pozulması ilə bağlı olmuş və kamera vasitəsi ilə çəkilmişdir. Lakin İXM-nin 124.5 və 124.6-cı maddəsinə əsasən onun iştirakı olmadan aparılmış foto və ya video çəkiliş avtomobilin ön, arxa və yandan çəkilərək qərarın surətin avtomobilin ön şüşəsinə qoyulmalıdır. Bu protokol isə qanuna ziddi tərtib olunmuşdur. Sonradan cərimənin silinməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə şikayət etmiş, Bakı Nəqliyyat Agentliyi isə cərimənin silinməsi ilə əlaqədar kömək etmək əvəzinə şəhər kameraları vasitəsi ilə çəkilən şəkilləri ona göndərərək şəkillərin bort komputer vasitəsi ilə çəkildiyini, şəkillərin və yazılan cərimələrin qanuni olduğunu qeyd etmişdir. Qərarı 2022-ci ilin avqust ayının 15-dək almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Bakı Nəqliyyat Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 07 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X2 idarə etdiyi «Opel Zafira» markalı, **- BR-*** dövlət nömrə nişanlı avtomobili 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Təbriz küçəsi ilə M.Məmmədzadə küçəsinin kəsişməsində yolun hərəkət hissəsində cərgə sırasını pozaraq saxlamışdır. Şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını və xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 22 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil ilə 22 yanvar 2022-ci il tarixdə, saat 19:15:33-də Təbriz küçəsi-M.Məmmədzadə küçəsinin kəsişməsində dayanma və ya durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X2 idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobillə 22 yanvar 2022-ci il tarixdə, saat 19:15:33-də Təbriz küçəsi-M.Məmmədzadə küçəsinin kəsişməsində dayanma və ya durma qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmədə müəyyən olundu ki, X2 idarə etdiyi «Opel Zafira» markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobillə 22 yanvar 2022-ci il tarixdə, saat 19:15:33-də Təbriz küçəsi-M.Məmmədzadə küçəsinin kəsişməsində dayanma və ya durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Həmin pozuntu fotoşəkillər ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, BNA seriyalı ******* nömrəli, 22 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı X2 15 avqust 2022-ci il tarixədək əldə etmiş və 14 sentyabr 2022-ci il tarixdə qərardan məhkəməyə şikayət vermişdir. Göründüyü kimi X2 qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 20 gün müddəti ötürmüş və qərardan şikayət vermə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 22 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1436/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1436/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver