Məhkəmə qərarları › İş №3(003)-1440/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1440/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1440/2020 03.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, tələbkar X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1880/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 11742 ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X6 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)-1880/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Məhkəmənin gedişində borclu ümumi borcundan cəmi 6480 manat ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 göstərdi ki, borclu Şəxs borcunu tam məbləğdə ödəmir. Hazırkı məhkəmə baxışı zamanı borclu cəmi 6480 manat ödəniş etmişdir, lakin bu, onu qane etmir və o, borcunun tam şəkildə ödənilməsini tələb edir. Belə ki, 11742 ABŞ dolları məbləğində pul vəsaitinin borclu tərəfindən uzun müddətdən bəri onun ailə büdcəsindən qəsdən kənarlaşdırılması nəticəsində onsuz da pis olan maddi vəziyyəti daha da ağırlaşmışdır, hazırda əməliyyat olunmalıdır, lakin borclu borc məbləğini ödəmədiyindən, zəruri ehtiyaclarını ödəyə bilmir. Digər tərəfdən, məhkəmə borclunun borcun hissə-hissə ödənilməsi barədə xahişini rədd etmişdir. Ona görə də borcunun tam ödənilməsinin təmin edilməsini və ya borcluya həbslə əlaqədar olan sərt inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış müvəqqəti çətinlikləri ilə bağlı borcunu indiyə qədər tam ödəyə bilməmiş, lakin borcun ödənilməsindən yayınmır, məhkəmə baxışı zamanı borc-xərc-kredit hesabına borcundan 6480 (altı min dörd yüz səksən) manat ödəniş etmişdir. Ailə vəziyyəti çox ağırdır, belə ki, həyat yoldaşı və yetkinlik yaşlı uşağı vəfat etmiş, himayəsində bir qız uşağı, həmçinin qoca və xəstə anası qalmışdır. Məhkəmənin qətnaməsinə hörmətlə yanaşır, borcun ödənilməsinin onun vəzifəsi olduğunu bilir və icra sənədini icra etməkdən ötrü var qüvvəsini sərf edir. Aldığı əmək haqqının məbləği icra məmuruna və tələbkara məlumdur, hər ay müntəzəm olaraq ən azı 500 (beş yüz) manat ödəməyə vəd verir, imkan yaranacağı təqdirdə daha çox məbləğdə ödəniş etməyə çalışacaqdır. Ona görə də onun hazırkı maliyyə və ailə vəziyyətinin nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, borclu Şəxs tələbkar X5 hesabına cəmi 5080 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli qəbzin surətindən görünür ki, X8 borclu Şəxs 1400 manat pulu qəbul etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 11742 ABŞ dolları borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində borcundan 6400 manat ödəniş etmiş, qalan məbləği də, hər ay müntəzəm olaraq ən azı 500 (beş yüz) manat ödəməyə vəd vermişdir. Məhkəmə hesab edir ki, Şəxsnun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar