Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1444/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxxx 1988-ci ildə Lerik rayonu Veri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 2 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, Lerik rayonu Veri kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 13 sentyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 13 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-16:00 radələrində Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində yolu ilə gedərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq şübhəli şəxs qismində şöbəyə getməyi təkif etmişlər. O, imtina etmiş və bu səbəbdən aralarında mübahisə olmuşdur. Həmin vaxt az da olsa səs-küy salmış, lakin söyüş söyməmişdir. Sonra razılaşaraq polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru X2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkilləri Balaca Babayev və Əli Kazımov ərazidə xidmət apararkən Şüvəlan qəsəbəsi, Mayak Bağları ərazisində şəxsiyyəti sonradan məlum olan Şəxs səs-küy saldığını, söyüş söydüyünü, özünü şübhəli apardığını görüb onu nizam-intizama dəvət edərək şəxsiyyətini müəyyən etmək istəmişlər. Lakin o, bundan imtina etmiş, öz hərəkətlərini davam etdirərək yenidən səs-küy salmış, ünvansız söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, Xəzər RPİ-nin 1-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə əməliyyat müvəkkili X3 rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində xidmətdə olarkən şəxsiyyəti sonradan məlum olan Şəxs telefonla danışaraq səs-küy saldığını, söyüşlər söydüyünü görüb ona yaxınlaşmış, nizam-intizama dəvət etmişlər. Lakin Şəxs buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, ünvansız söyüşlər söyərək, səs-küy salaraq onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Şüvəlan qəsəbəsi, Mayak Bağları ərazisində səs-küy salaraq söyüşlər söymüş, polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə baxmayaraq onlara qarşı tabesizlik göstərmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkilləri Balaca Babayev və Əli Kazımovun raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə Şüvəlan qəsəbəsi Mayak Bağları ərazisində xidmətdə olarkən bir nəfər şəxsin ucadan səs-küy salaraq söyüşlər söydüyünü görüb ona yaxınlaşmış, nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, ucadan söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs 1-ci PŞ-nə təmin edildikdən sonra onun Şəxs olduğu müəyyənləşdirilmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs səs-küy salaraq söyüşlər söyməsini, polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə baxmayaraq öz əməllərini davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 13 sentyabr 2022-ci il saat 20:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1444/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1444/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver