Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-145/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, deməsinə görə heç bir yerdə işləməyən vəəvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan vəyaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 24 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 599 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixliicra sənədinə əsasən X1 və Şəxs birgə qaydada cəmi 7995,38 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmişvə Şəxs adına hər hansı bir əmlakın olmaması barədə cavablar alınmışdır. Borclu bu günə kimi icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Sonradan icra şöbəsinə gəlmədiyinə görə Şəxs barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir.Borclu Şəxs bu gün saat 10:00-da icra şöbəsinə gəlmişdir.Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, Qax Rayon Məhkəməsinin icra sənədi üzrəödənişlər etmiş və 430 manat məbləğində borcu qalmışdır. Lakin ödənişlərini təsdiq edən sənədi yoxdur. Xəzər Rayon Məhkəməsinin icra sənədi üzrə isəo, heç bir ödəniş etməmişdir, lakin onun əvəzinə əsl borclu olan şəxs ödənişlər etmişdir.Lakin 2-3 gün əvvəl bilmişdir ki, dostu heç birödəniş etməmiş və Türkiyəyə çıxıb getmişdir. O, bu gün saat 10:00-da könüllü olaraq icra şöbəsinə gəlmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə, borcunu ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 599 manat məbləğində pul tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci iltarixli icra sənədindən görünür ki, X1 və Şəxs birgə qaydada cəmi 7995,38 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-yəödənilməlidir. İş materiallarına əlavə edilən Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixliicra sənədləri şöbənin icra məmuru X2 icraatında birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, ŞəxsXəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixliicra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 10:00-da icra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 24 yanvar 2022-ci il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim ƏkrəmQəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-145/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-145/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver