Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1451/2021 10.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin ünvanına daxil olmuş **********1, **********6, **********5, **********0, **********3 və **********3 nömrəli aviaqaimə ilə müraicət olunan poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş və risk qiymətləndirilməsi həyata keçirilmiş gömrük baxışı zamanı 20 (iyirmi) ədəd bağlamanın bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi, göndərən mağazaların əksər hallarda eyniliyi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırması barədə 28.09.2021-ci il tarixli 34/020/024467 nömrəli raportda qeyd edilmişdir. Beləliklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma məqsədilə Şəxs Cəlal qızı, X2, X7, X3, X8, X4, X5 izahatları alınmışdır. Şəxs Cəlal qızı izahatında “farfetch.com” internet saytında rəfiqələri ilə birlikdə işlətdiyi “Private client” statuslu hesabları olduğunu bu saytdan endirimli vaxtda bir sıra məhsullar sifariş verdiyini, sentyabrın ayının 1-15-i tarixlərində də xüsusi endirim təklifi olduğundan Arzu Hüseynova, Yeganə Mehdiyeva və Fəridə Qubadzadənin adına 2 iki ədəd “Versace jans”markalı qadın əl çantası, 1 bir ədəd uşaq köynəyi, 1 bir ədəd kişi jileti sifariş verdiyini, bu məhsullara görə öz adına olan bank kartından 599,01 ABŞ dolları pul ödədiyini, aylıq olan limiti keçmək istəmədiyinə görə məhsulları başqa şəxslərin adına verdiyini bildirmişdir. X1 da izahat verərək bildirmişdir ki, qızı Şəxs “farfetch.com” internet saytında olan hesabından 1 bir ədəd “Versace jeans” markalı qadın əl çantası sifariş vermiş, aylıq limiti keçməmək üçün bağlamanı atası Telman Sadıqovun adına sifariş vermiş bu məhsula görə Şəxs adına olan bank kartından 191,25 ABŞ dolları pul ödədiyini bildirmişdir. X7 izahat verərək bildirmişdir ki, Şəxs “farfetch.com” internet saytında olan hesabı vasitəsi ilə “farfetch.com” internet saytından 1 bir ədəd "Versace jeans” markalı qadın əl çantası sifariş vermiş bağlamanı aylıq limiti keçməmək üçün atası Hüseynov Təyyarın adına vermiş bu məhsula görə Şəxs adına olan bank kartından 187 ABŞ dolları pul ödədiyini bildirmişdir. Beləliklə, araşdırma nəticəsində məlum olmuşdur ki, “farfetch.com” internet saytında Şəxs Cəlal qızının hesabından Arzu Hüseynova, Yeganə Mehdiyeva və Fəridə Qubadzadənin adına 599,01 ABŞ dolları Telman Sadıqovun adına 191,25 ABŞ dolları, Hüseynov Təyyarın adına 187 ABŞ dolları, həmçinin Səbinə Hacıyevanın adına 187 ABŞ dolları, Ülviyyə Qasımovanın adına 175,11 ABŞ dolları, Səbinə Əliyeva adına 175,11 ABŞ dolları olmaqla ümumi 1514,48 ABŞ dolları dəyərində olan mallar Şəxs adına olan hesabdan alınmışdır. Beləliklə, Gömrük Məcəlləsinin tələblərinə əsasən malların təyinatını, yəni şəxsi istifadə və ya istehlak məsqədləri üçün gətirildiyini yəqinləşdirməklə xassələri, miqdarı gömrük əməkdaşı tərəfindən təyin edilə bildiyinə görə Şəxs Cəlal qızının ümumi dəyəri 1514,48 ABŞ dolları olan kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Həmin malların invoys dəyəri 1514,48 ABŞ dolları 04.11.2021-ci il tarixinə olan məzənnəyə əsasən 2574,616 manat təşkil etmişdir. Bununla bağlı Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X11 tərəfindən 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0213/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu, peşmançılıq çəkdiyini bildirdi və barəsində ədalətli qərar çıxarılmasını edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs oğlunun əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 2574,61 (iki min beş yüz yetmiş dörd, altmış bir) manat məbləğinin 30 (otuz) faizi, yəni 772,38 (yeddi yüz yetmiş iki, otuz səkkiz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1451/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1451/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver